/ / Ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası sahələrində ardıcıl işlər aparılır
Ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası sahələrində ardıcıl işlər aparılır
03.12.2025 [12:23]
BMT Baş Assambleyasının Qətnaməsi ilə hər ilin dekabrın 3-nün Beynəlxalq Əlilliyi olan Şəxslər günü kimi qeyd edilməsi ictimaiyyətin diqqətinin əlilliyi olan şəxslərin hüquqlarının qorunmasına yönəltmək məqsədi daşıyır.
Azərbaycanda əlilliyi olan şəxslər dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunublar. Prezident İlham Əliyevin tapşırıqları əsasında əhalinin həssas qruplarının, o cümlədən əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahələrində mühüm işlər aparılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər əlilliyə görə aylıq pensiya və ya sosial müavinətlə, müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olan şəxslər, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslər əlilliyə görə aylıq pensiya və ya aylıq sosial müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü ilə, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə və əlilliyi olan uşaqlara qulluq edənlər də Prezidentin aylıq təqaüdü ilə təmin edilirlər.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin sosial ödənişlər davamlı olaraq artırılır. 2018-2025-ci illərdə icra olunan 5 sosial islahat paketi nəticəsində minimum pensiyada 3 dəfəyə yaxın, orta aylıq pensiyada 2,6 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib. Şəhid ailələri ilə yanaşı, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər də dövlət tərəfindən mənzillə təmin edilirlər. Ötən dövrdə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 16 minədək mənzil, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7800-ə yaxın avtomobil verilib.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi əlilliyi olan şəxslərin və digər həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsinə mühüm dəstək verir. 2021-ci ildə açılışı olan həmin Mərkəzdə, habelə sonralar yaradılan filiallarında ötən dövrdə 850-dən çox benefisiar müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlimlərə cəlb edilib, həmçinin sosial pedaqoji və psixoloji xidmətlərlə təmin olunublar. Heydər Əliyev Fondunun sosial layihələrindən biri kimi ötən dövrdə Naxçıvan, Gəncə və Yevlaxda əlilliyi olan şəxslərin İKT vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarına malik olmaları üçün regional informasiya mərkəzləri də yaradılıb.
Ölkəmizdə əlilliyi olan şəxslərin yüksək texnologiyalı son nəsil protezlərlə təminatı da həyata keçirilir. 2016-cı ilin Aprel döyüşlərində yaralanmış hərbçilər Heydər Əliyev Fondunun layihəsi çərçivəsində qısa zaman ərzində Almaniya, İslandiya, İngiltərənin müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin olunublar. Möhtəşəm Zəfərlə başa çatan Vətən müharibəsindən sonra da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 496 hərbçinin 619 yüksək texnologiyalı protezlə təminatı həyata keçirilib.
Son illər ölkəmizdə müasir reabilitasiya sistemi qurulmaqla, yeni reabilitasiya mərkəzləri istifadəyə verilib, həmçinin bu sahədə qabaqcıl dünya təcrübəsinə uyğun yeni xidmətlər tətbiq olunur. Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin sayı dəfələrlə artırılıb. Bu sahədə görülən işlər reabilitasiya xidmətləri göstərilən əlilliyi olan şəxslərin illik sayının 2018-ci ildən ötən dövrdə 10 dəfədən çox, əlilliyi olan şəxslərə təqdim edilən reabilitasiya vasitələrinin illik sayının 3 dəfəyə yaxın artmasına imkan verib.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

