Ər-Riyad görüşü də sülhü təmin edə bilmədi...
04.12.2025 [08:36]
Pakistan - Əfqanıstan qarşıdurmasında stats-kvo davam edir
Aylardır davam edən Pakistan - Əfqanıstan qarşıdurması yenə də nəticələnmədi. Belə ki, bir neçə gün öncə, İslamabad və Kabil arasında baş tutan sərhəd danışıqlarında razılaşma əldə olunmayıb.
“Dawn”un məlumatına görə, Pakistan və Əfqanıstan rəsmiləri arasında Ər-Riyadda Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə keçirilən qapalı danışıqlar iki ölkə arasında münasibətlərin normallaşdırılmasında irəliləyiş əldə etməyə imkan verməyib. İslamabad və Kabil komporomis əldə edə bilməyiblər - eyni zamanda, sərhədyanı terrorizm probleminin həllində qarşılıqlı güzəştə getməkdən imtina ediblər. Nəşrin qeyd etdiyi kimi, danışıqlar zamanı Pakistan Səudiyyə Ərəbistanının Əfqanıstanla sərhəd ticarətini bərpa etmək təklifini rədd edib. Pakistanın Əfqanıstanla ticarət əlaqələrinin gələcək perspektivləri ilə bağlı mövqeyini izah edən Baş nazirin müavini və xarici işlər naziri İshaq Dar bildirib ki, İslamabad tezliklə bu ölkəyə vacib qida məhsullarının tədarükünə icazə verə bilər, lakin bu, yalnız BMT-nin tələbi ilə mümkündür. Onun sözlərinə görə, “İslamabadın Əfqanıstana humanitar yardım göstərməyə müsbət yanaşmasına baxmayaraq, Kabil Əfqanıstan torpağında fəaliyyət göstərən və Pakistana hücumlar həyata keçirən terrorçulara qarşı heç bir tədbir görmür”.
Əfqanıstan nə istəyir?
Xatırladaq ki, oktyabrın 9-da Pakistan təhlükəsizlik rəsmilərinin verdiyi məlumata görə, Əfqanıstan sərhədi yaxınlığında silahlıların hücumu nəticəsində azı 11 pakistanlı hərbçi həyatını itirmişdi. Bununla başlanan toqquşmanın sonradan miqyası böyüdü - “Taliban”ın rəhbərlik etdiyi Əfqanıstan hökuməti isə Pakistanı hava məkanını pozmaqda ittiham etdi. Bildirildi ki, Pakistan qüvvələri təxminən 2600 kilometr uzanan şərti sərhəd olan Durand xətti yaxınlığındakı bazara zərbələr endirib. Sonrakı günlərdə “Taliban” qüvvələri bir neçə istiqamətdən Pakistanın sərhəd mövqelərinə hücum etsə də, geri oturduldu. Pakistan ordusu şimal-qərbdəki Xayber Paxtunxva əyalətindəki Kurram Agentliyindəki nəzarət məntəqələrinə edilən hücuma Əfqanıstan ərazisindəki terrorçu qrupların mövqelərinə zərbə endirməklə cavab verdi. Pakistan Xarici İşlər Nazirliyi daha sonra Əfqanıstanla müvəqqəti atəşkəs barədə razılığa gəldiyini açıqladı.
Münaqişənin başlanma səbəbi isə İslamabadın Əfqanıstanı “Təhrik-e Taliban”a yardım etməsini dayandırmaqla bağlı tələbi olmuşdu. Qeyd edək ki, “Taliban” 2021-ci ildə hakimiyyətə qayıtdıqdan sonra Əfqanıstan və Pakistan arasında sərhəd münaqişələri dəfələrlə alovlanıb. Pakistan hökuməti “Taliban”ı İslamabadı təhdid edən “Təhrik-e-Taliban” hərəkatına sığınacaq verməkdə ittiham edir. Qruplaşmanın son dövrlərdə Pakistan təhlükəsizlik qüvvələrinə hücumları artırıblar. Bu il dərc edilən BMT hesabatında yaraqlı dəstənin de-fakto hakimiyyətdən - Kabildəki Taliban hökumətindən əhəmiyyətli dərəcədə logistik və əməliyyat dəstəyi aldığı bildirilir. Məlumata görə, bu ilin yanvar ayından 15 sentyabra qədər yaraqlılarının hücumları nəticəsində 311 Pakistan əsgəri və 73 polis əməkdaşı da daxil olmaqla 500-dən çox insan həlak olub. Kabil rejimi Pakistanın terrorizmlə mübarizə tələblərini tam yerinə yetirməkdə hələ də istəksizdir.
Nəticəsiz görüşlər...
Qeyd edək ki, münaqişə başlandığı gündən etibarən beynəlxalq diqqət mərkəzindədir. Hələ ilk günlərdə ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, Pakistan ilə Əfqanıstan arasında davam edən hərbi qarşıdurmanı nizamlaya biləcəyinə inanır. “Mən eşitmişəm ki, hazırda Pakistanla Əfqanıstan arasında müharibə gedir. Mən indi başqa bir münaqişə ilə də məşğulam, çünki münaqişələrin həlli sahəsində yaxşıyam,” - deyə Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Qətər və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə münaqişə tərəfləri həmin ay qüvvədə olan müvəqqəti atəşkəs razılaşmasına nail olublar. Sonrakı mərhələdə isə iki ölkə arasında danışıqların müxtəlif raundları baş tutub. Tərəflər arasında baş tutan ilk iki danışıqlar prosesi də səmərəsiz olub - 18-19 oktyabrda Dohada, 25-30 oktyabr tarixlərində isə İstanbulda keçirilən görüşşlərin ən mühüm nəticəsi atəşkəsin əldə olunmasıdır. Tərəflər atəşkəsi davam etdirmək barədə razılığa gəlsələr də, əsas nəticəyə nail olmaq üçün yenidən görüşə ehtiyac duyulurdu. Beləliklə, Səudiyyə Ərəbistanının ev sahibliyi etdiyi görüş də nəticəsiz yekunlaşıb.
Əfqanıstan yeni “yol” axtarışındadır...
Ciddi gərginliyə baxmayaraq, Əfqanıstanın Pakistandan iqtisadi “asılılığı” da mövcuddur - Pakistanla münasibətlərin kəsilməsi Talibanı Karaçi və Qvadar limanlarına çıxışdan məhrum edəcək ki, bu da kövrək Əfqanıstan iqtisadiyyatına ciddi zərbə vuracaq. Bu vəziyyət təkcə Hindistana (Əfqanıstanda siyasi təsirini genişləndirmək və Pakistana təzyiq göstərmək baxımından) deyil, həm də digər region ölkələrinə (Əfqanıstanla milyardlarla dollarlıq ticarət dövriyyəsi və Karaçi və Qvadarı əvəz edə biləcək limanları ilə) fayda verir. ilk baxışda bu minimal iqtisadi “fayda” da heç bir dövlətin marağında deyil - çünki Əfqanıstandakı hər hansı bir qeyri-sabitlik bütün Yaxın Şərq, Orta Asiya və bölgənin təhlükəsizliyinə təsir göstərir.
Yayılan məlumatlarda Əfqanıstanın bu münaqişəni kənar təsirlər nəticəsində yekunlaşdırmadığı da var. Bildirilir ki, Əfqanıstan məhz bəzi region dövlətlərinin təsiri ilə “yeni ticarət yolları” qurmaq haqda planlar hazırlayır. Bu yolla taliban özünün “iqtisadi tarazlığını” Pakistandan kənarda formalaşdırmaq istəyir. Kabil indi alternativ marşrutlara diqqət yetirir - Hindistanın dəstəklədiyi İranın Çabahar limanından istifadənin artması da bunu sübuta yetirir. Son altı ayda Əfqanıstanın İranla ticarəti 1,6 milyard dollara çatıb ki, bu da Pakistanla, ümumilikdə, olan ticarəti üstələyib.
Pakistanın müdafiə naziri Xavca Asif bildirib ki, Əfqanıstanın qərarı ölkə iqtisadiyyatına zərər verməyəcək. O qeyd edib ki, “Əfqanıstanın istənilən liman vasitəsilə və istənilən ölkə ilə ticarət etmək hüququ var”.
Buna baxmayaraq, Pakistan Əfqanıstan üçün dənizə ən sürətli yol olaraq qalır: yük maşınları təxminən üç gün ərzində Karaçi limanına çatır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxGündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58

