“Yaşıl enerji”yə keçid prioritetdir
04.12.2025 [11:30]
ADA Universitetində keçirilən beynəlxalq konfransda səmərəli müzakirələr aparılıb
Hazırda ətraf mühitə vurulan zərərin, ekoloji problemlərin qarşısının alınması qlobal bir çağırışdır. Getdikcə daha təhlükəli hal alan bu təhdidlər təxirəsalınmaz tədbirlər görülməsini, ölkələrin və beynəlxalq təşkilatların koordinasiyalı fəaliyyət göstərməsini zərurətə çevirib. Azərbaycan da bu çağırışa qoşulan ölkələr sırasındadır. Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması xüsusi diqqət mərkəzindədir. Ötən dövr ərzində bu istiqamətdə ölkə rəhbəri tərəfindən dövlət proqramları təsdiq edilib, müvafiq fərman və sərəncamlar imzalanıb.
Bu gün ölkəmiz yaşıl enerjiyə keçidi prioritet elan edib. Azərbaycan yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də sübut edir. Buna misal olaraq, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.
Prezident İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” əsasında ölkədə bərpaolunan enerji istehsalı siyasətinin strateji təməli qoyulub. Sənəddə qeyd olunmuş 5 Milli Prioritetdən biri “təmiz ətraf mühit” və “yaşıl artım”la bağlıdır. Bu isə yaşıl iqtisadiyyata keçidlə bağlı qarşıya yeni hədəflər qoyur. Eləcə də, Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasını və işğaldan azad edilmiş ərazilərimizi yaşıl enerji zonası elan edib. Son beş ildə xüsusilə, Qarabağ və Şərqi Zəngəzurda alternativ enerji ilə bağlı əhəmiyyətli işlər görülür. Artıq bir sıra SES-lər tikilib istifadəyə verilib və gələcəkdə onların sayının artırılması nəzərdə tutulur.
Bütövlükdə, yaşıl iqtisadiyyata keçid daim cəmiyyətimizin gündəmindədir. Müxtəlif qurumlar, o cümlədən ali məktəblər səviyyəsində bu mövzuda davamlı olaraq tədbirlər keçirilir. Yeri gəlmişkən, bu günlərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Aparıcı Universitetlər Tərəfdaşlıq Şəbəkəsinin (AUTŞ) Koordinasiya Şurasına sədrlik edən ADA Universitetində “Yaşıl enerji və dayanıqlılıqda universitetlərin rolu” adlı beynəlxalq konfrans keçirilib.
Konfrans ADA Universiteti, İnkişaf və Diplomatiya İnstitutu (IDD), Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) və AQEM-in tərəfdaşlığı ilə təşkil olunub. Tədbirdə Azərbaycan ilə yanaşı, Banqladeş, Birləşmiş Ərəb Əmirlikləri, Çin Xalq Respublikası, Fələstin, Hindistan, İordaniya, İraq, İran, İsrail, Koreya Respublikası, Qazaxıstan, Qırğızıstan, Misir, Özbəkistan, Pakistan, Rusiya, Tacikistan, Tailand, Türkiyə və Vyetnam da daxil olmaqla 21 üzv ölkədən 50-dən çox professor, tədqiqatçı və universitet nümayəndəsi iştirak edib. İki gün davam edən konfransda universitetlərin enerji səmərəliliyinin artırılmasında rolu, yaşıl texnologiyaların tətbiqi, dayanıqlılıq sahəsində regional əməkdaşlıq, bərpaolunan enerji və enerji səmərəliliyində innovativ yanaşmalar mövzularında fikir mübadiləsi aparılıb. Tədbir, həmçinin AQEM çərçivəsində universitetlər arasında yeni tərəfdaşlıq təşəbbüslərinin müzakirəsi və birgə layihələr üçün platforma rolunu oynayır.
Tədbirin açılış mərasimində ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə yaşıl enerji sahəsində universitetlərin rolunun olduqca əhəmiyyətli olduğuna diqqət çəkib: “Ali təhsil müəssisələri yalnız bilik mərkəzi deyil, həm də gələcəyin ixtisaslı mütəxəssislərini yetişdirən institutlardır. Universitetlər təhsil proqramlarını və tədqiqatlarını dayanıqlı inkişaf və yaşıl enerji prinsiplərinə uyğunlaşdıraraq, həm ətraf mühitin qorunmasına, həm də iqtisadi və sosial inkişafın güclənməsinə töhfə verirlər”.
AQEM-in Baş katibinin müavini Zhang Ling qeyd edib ki, Azərbaycanın sədrliyi dövründə universitetlər arasında əməkdaşlıqla bağlı yeni təşəbbüs irəli sürülüb. “Bu təşəbbüsə bütün universitetlər qoşula bilər və o, tədqiqat sahəsində əməkdaşlığın genişlənməsinə xidmət edir. Təşəbbüs dayanıqlı inkişaf, iqlim dəyişmələri və digər müvafiq istiqamətləri əhatə edir. Universitetlər yalnız bilik mərkəzləri kimi deyil, həm də faktlara əsaslanan siyasətlərin formalaşdırılmasına təkan verən vacib institutlar kimi çıxış edirlər. Gənclərimiz isə müasir çağırışlara cavab verən yeni ideya və yanaşmaların əsas daşıyıcılarıdır”, - deyə Baş katibin müavini əlavə edib.
Azərbaycan xarici işlər nazirinin müavini, COP29 üzrə baş danışıqçı Yalçın Rəfiyev qeyd edib ki, sədrlik dövründə əlaqələrin möhkəmləndirilməsi, rəqəmsallaşma və Asiyada dayanıqlı inkişafın təşviqi əsas prioritetlər kimi müəyyən edilib. Rəqəmsal həllər üzərində fəal iş aparılıb. Azərbaycan çoxtərəfli əməkdaşlıq formatında öz ənənəsini davam etdirərək il ərzində təşkilat çərçivəsində mühüm və uğurlu addımlar atıb: “Bu müddətdə AQEM-in Qadınlar Şurası yaradılıb və Maliyyə Sammiti təsis edilib. Hər iki qurum gələcəkdə də təşkilat daxilində əməkdaşlığın dərinləşməsinə töhfə verəcək. Bununla yanaşı, Azərbaycan ötən ay Gənclər Təşkilatının 8-ci toplantısını, həmçinin AQEM-in Biznes Şurasının 8-ci iclasını keçirib. Bütün bunlar göstərir ki, Azərbaycan sədrlik çərçivəsində öz iddialı məqsədlərinə nail olub. Hazırda isə AQEM-in Baş Assambleyasının keçirilməsi planlaşdırılır”.
Çıxışlarda iqlim dəyişikliklərinə qarşı mübarizədə ali təhsilin artan rolu, regional həmrəyliyin əhəmiyyəti və COP29 çərçivəsində əldə olunan nəticələr vurğulanıb. Proqramın “Ali təhsilin yaşıl enerjiyə və dayanıqlılığa təsiri” mövzusuna həsr olunmuş ilk panelində Azərbaycan, Özbəkistan, Tailand, İordaniya, Çin və Vyetnamdan olan iştirakçılar yaşıl enerji sahəsində ali təhsil müəssisələrinin rolu, davamlı inkişaf strategiyaları və universitetlərarası əməkdaşlıq imkanları barədə müzakirələr aparıblar.
Konfrans çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və ADA Universiteti tərəfindən 2025-ci ilin sentyabr ayından başlanılan “Yaşıl və dayanıqlı bərpa: Azərbaycan təcrübəsi” adlı birgə tədqiqat layihəsi təqdim olunub. Layihə Ağdam, Füzuli, Şuşa və Zəngilan rayonlarında keçmiş məcburi köçkünlərlə aparılmış sorğular əsasında onların sosial-iqtisadi ehtiyacları, dayanıqlı inkişaf istiqamətləri üzrə tövsiyələr və innovativ yanaşmaları əhatə edir.
Paneldə, həmçinin Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Şamxal Muxtarov və Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Nərgiz Qaracayeva çıxış edərək işğaldan azad olunan ərazilərdə dayanıqlı inkişaf, “ağıllı kənd” konsepsiyası və ekoloji bərpa istiqamətində görülən işlər barədə məlumat veriblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

