Kiçik məsafələrin böyük maneələrə çevrildiyi an...
03.12.2025 [08:36]
Əlillərə yardım mənəvi borcumuzdur
Kiməsə görə çətin görünən həyat, bir başqası üçün gündəlik həqiqətdir. Nərdivan bizim üçün beş saniyəlik məsafədirsə, başqası üçün aşılması mümkün olmayan divardır. Heç kim əlil olmağı seçmir. İnsanın iradəsi xaricində olan əlillik anidən və bir göz qırpımında baş verir. Sığortalanması heç cür mümkün olmayan bu hal yaş, din, dil, irq fərqi də tanımır. İstənilən zaman hər birimizin əlil olma ehtimalı var.
Əlillik və şikəstlik müxtəlif yollarla yaranır: anadangəlmə, müharibələr, yol-nəqliyyat hadisələri, istehsalat qəzaları, xəstəliklər nəticəsində qazanılmış əlillik və şikəstlik... Ümumiyyətlə, əlillər hər cəmiyyətdə ən həssas təbəqə sayılırlar. Elə buna görə də bütün dünyada fiziki imkanları məhdud olan insanlara dövlətlər və cəmiyyətlər səviyyəsində qayğı göstərilir, onların reabilitasiyası, məşğulluqlarının təmin olunması istiqamətində konkret addımlar atılır.
Dünya əhalisinin ən kasıb hissəsini təşkil edirlər
Yeri gəlmişkən, bu gün bütün dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Əlamətdar tarixin hədəfi ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.
Dünyada yaşayan əlillər cəmiyyətin həyatında tamhüquqlu üzv kimi iştirak etmək üçün fiziki, ictimai-iqtisadi və davranış məhdudiyyətləri ilə üzləşirlər. BMT-nin məlumatına əsasən, onlar dünya əhalisinin ən kasıb hissəsini təşkil edir və təhsil, səhiyyə, məşğulluq sahələrində, eləcə də sosial və hüquqi yardım almaq baxımından digər cəmiyyət üzvləri ilə eyni imkana malik deyillər.
Ölkəmizdə əlil hüquqları qorunur...
2006-cı ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulan Azərbaycanda əlil hüquqlarının qorunması, onların sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, mənzillə təminatı, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tamhüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün tədbirlər görülür. Həmin sahələrin hər biri üzrə lazımlı addımlar atılır.
Son 6-7 ildə ciddi irəliləyişlər olub
Prezident İlham Əliyevin uğurlu sosial siyasəti Azərbaycanda əlilliyi olan şəxslərin də sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyasının dəstəklənməsi tədbirlərinin ildən-ilə genişlənməsinə imkan verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərə əlilliyə görə pensiya və ya aylıq sosial müavinət, eləcə də 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslər aylıq müavinət ödənilir. Müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olan şəxslər, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslər pensiya və ya müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü ilə də təmin edilirlər. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə də Prezidentin aylıq təqaüdü ödənilir.
Bu sosial ödənişlərin ardıcıl olaraq artırılması təmin olunur. Dövlət başçısının imzaladığı fərman və sərəncamlar nəticəsində xüsusilə son 6-7 ildə bu sahədə ciddi irəliləyişlər əldə olunub.
7500-dən çox avtomobil verilib
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra 5600, ümumilikdə, ötən dövrdə 14400 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 324, ümumilikdə, ötən dövrdə 7500-dən çox avtomobil verilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan, 2021-ci ilin oktyabr ayında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi isə əlilliyi olan şəxslərin və digər həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsinə mühüm dəstək göstərir. Ötən dövrdə burada mühüm bir hissəsi əlilliyi olan şəxslərdən ibarət 470 benefisiar müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlim, sosial pedaqoji və psixoloji xidmətlərdən yararlanıb.
Bütün bu tədbirlər ölkəmizdə əlilliyi olan şəxslərlə bağlı fəal dövlət siyasətinin aparıldığını göstərir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

