Təhrif, yoxsa qəsd?
03.12.2025 [11:45]
“Klinqendal”ın mövqeyi ədalətsiz və beynəlxalq hüquqa ziddir
Azərbaycanın Cənubi Qafqazda sabitlik və yeni reallıqlar yaratması bir çox coğrafiyalarda fərqli reaksiyalar yaratdı - beynəlxalq hüquqa hörmət göstərən, ədalətin bərpasını arzulayan dövlət və təşkilatlar birmənalı şəkildə bu addımı dəstəklədi və gələcəkdə sülhün formalaşmasına öz töhfəsini verməyə çalışdı. Təəssüfləndirici haldır ki, bir sıra təşkilatlar, hətta qeyri-hökumət strukturları, “beyin institutu” adı altında fəaliyyət göstərən, amma birtərəfli fikir yürüdən qurumlar sülhə töhfə verməkdənsə, qeyri-adekvat yol seçiblər. Bu kimi təşkilatlar həqiqəti təhrif etməyi, şəxsi və ya tərəfkeşlik mülahizələri üzərindən fikir yürütməyi “seçir” - Niderlandın Beynəlxalq Münasibətlər İnstitutu - “Klinqendal” (The Netherlands Institute of International Relations Clingendael) kimi...
“Klinqendal”: Paşinyanın və Mirzoyanın sevimli “məkanı”...
Öncə qeyd edək ki, bu qurum Niderlandın Haaqa yaxınlığında yerləşən müstəqil beynəlxalq münasibətlər üzrə tədqiqat institutu sayılır. Klinqendal həm tədqiqat (Clingendael Research), həm də diplomatiya/treninqlər (Clingendael Academy) üzrə proqramlar həyata keçirir. İnstitutun missiyası əslində hökumətlərə, beynəlxalq təşkilatlara, biznesə və vətəndaş cəmiyyətinə siyasət analizləri, təlim və məsləhətçilik təqdim etməklə “təhlükəsiz, davamlı və ədalətli dünya”ya töhfə vermək olsa da, Ermənistana münasibətdə tamam fərqli münasibətin şahidi oluruq. Bu qurumun xüsusi Ermənistan pərəstişkarlığı “hansısa sirrdən” qaynaqlanır. Məsələn, Ermənistanın baş naziri 2022-ci ilin mayında Niderlanda səfər edən zaman “Klinqendal”ı da ziyarət etmiş, hətta orada “Ermənistan və Niderland: Əsrlər boyu davam edən dostluq - 30 illik tərəfdaşlıq” mövzusunda mühazirə belə oxumuşdu. 2024-cü ilin fevralında isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Klinqendal”ın keçirdiyi dəyirmi masa müzakirəsində iştirak etmişdi. İnstitut 2023-cü ilin martında Cənubi Qafqazdakı durum və Aİ-nin təsirləri barədə hesabat hazırlamışdı. Bu hesabatda da müəyyən fikirlər vardı ki, bunlar birmənalı şəkildə Ermənistanın lehinə yönəlmişdi.
Qeyri-dəqiqlik, hüquqi cəhətdən yanlış interpretasiyalar və ciddi analitik boşluqlar...
Bu dəfə də institut öz ampulasına sadiq qalıb. Belə ki, “Klinqendal” tərəfindən dərc olunmuş “Ermənistan və Azərbaycan: Sülh, yoxsa fasilə?” sərlövhəli siyasi icmal da həqiqətləri əks etdirmir. Qurum növbəti dəfə Cənubi Qafqaza baxışda birmənalı şəkildə ermənipərəst mövqe bildirib. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) bu fikirlərə münasibət bildirib. Qeyd olunub ki, mərkəz yanlış və hüquqi baxımdan qeyri-dəqiq təqdim olunan beynəlxalq təhlillərə etiraz edərək, Azərbaycan-Ermənistan münasibətlərində dəqiqlik, aydınlıq və beynəlxalq hüquqa riayət olunmasının vacibliyini vurğulayır: “BMTM olaraq biz beynəlxalq tədqiqat institutlarının Cənubi Qafqaz məsələlərinə dair informativ təhlil hazırlamasını və konstruktiv dialoqun təşviqində uzunmüddətli rolunu yüksək qiymətləndiririk. Məhz bu peşəkar əməkdaşlıq ruhundan irəli gələrək Niderlandın Beynəlxalq Münasibətlər İnstitutu - “Klinqendal”ın “Ermənistan və Azərbaycan: Sülh, yoxsa fasilə?” adlı siyasət icmalını diqqətlə nəzərdən keçirdik. Ətraflı təhlil nəticəsində müəyyən etdik ki, sənəddə yer alan bəzi ifadələr və qiymətləndirmələr faktiki qeyri-dəqiqliyə, hüquqi cəhətdən yanlış interpretasiyalara və ciddi analitik boşluqlara yol açır. Bu isə Azərbaycan-Ermənistan münasibətlərinin dinamikasına dair yanlış təsəvvürlərin formalaşması riskini yaradır”.
Aydınlıq, dəqiqlik və beynəlxalq hüquqi normalara riayət olunmasını təmin etmək...
BMTM-in şərhində vurğulanır ki, sözügedən məsələyə dair hazırlanan ətraflı cavab yalnız təhriflərə etirazı ifadə etməklə məhdudlaşmır. “Bu, həm də həssas dövlətlərarası məsələlərin müzakirəsində aydınlıq, dəqiqlik və beynəlxalq hüquqi normalara riayət olunmasını təmin etmək kimi institusional məsuliyyətimizdən irəli gəlir. İcmalda qeyri-qanuni “ələ keçirmə” mənasını verən terminlərin işlədilməsi, “Azərbaycanın Ermənistan ərazisini işğal etməsi” kimi təqdimatlar, Azərbaycanın tranzit təkliflərinin “ekstraterritorial” kimi göstərilməsi, eləcə də Qarabağ regionunda baş vermiş əhali yerdəyişmələrinin hüquqi əsasları olmayan terminlərlə təsvir edilməsi yanlış narrativlərin güclənməsinə rəvac verə bilər. Eyni zamanda, icmalda normallaşma ilə bağlı aparılan danışıqların şərhi, ATƏT-in Minsk qrupunun statusu, Ermənistanın konstitusiya ilə bağlı əks iddiaları, qarşılıqlı dövlət iddialarının hüquqi əsası və TRIPP-lə bağlı nəticələr tərəflərin mövcud rəsmiləşdirilmiş mövqeləri ilə tam uyğun gəlmir”, - deyə BMTM-in açıqlamasında vurğulanır. Qeyd olunur ki, beyin mərkəzləri və siyasət araşdırmaları institutları beynəlxalq rəyin formalaşmasında, diplomatik qərarvermə proseslərində mühüm rol oynayırlar. Bu səbəbdən, terminologiya və kontekstdə dəqiqlik vacibdir: “Siyasi təhlil, hətta heç bir qəsd nəzərdə tutulmadığı halda belə, təsdiqlənmiş faktlardan və dövlətlərarası münasibətləri tənzimləyən hüquqi çərçivələrdən uzaqlaşdıqda davamlı sülhün təmin olunması üçün vacib olan şərtlərə zərər verə, maraqlı tərəflər arasında çaşqınlıq yarada və davam etməkdə olan proseslərin pozulmasına səbəb ola biləcək təhriflərin güclənməsinə gətirib çıxara bilər. Həm yuxarıda qeyd edilən səbəblərə, həm də ciddi faktlara əsaslanan tədqiqatların önəmini nəzərə alaraq, biz yanlış təfsirlərin qarşısını almaq məqsədilə “aydınlaşdırıcı sənəd” (clarification document) hazırlamışıq. Biz “Klinqendal”, eləcə də digər tədqiqat institutları ilə açıq və peşəkar dialoqa sadiq qalırıq. İnanırıq ki, dəqiqlik və qarşılıqlı hörmətə əsaslanan birgə səylər davamlı sülhün və regional sabitliyin təmin edilməsində vacibdir”.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26

