İsrail-İran müharibəsi: Nüvə obyektlərinə zərbələr endirilib
24.06.2025 [08:53]
BMT çağırış edir...
Yaxın Şərqdə baş verənlər bütün regionu əhatə edəcək genişmiqyaslı müharibənin anonsunu verməkdədir. Günlərdir dünya KİV-lərinin yazdığı “gözlənilən addım” baş verdi - ABŞ-ın İsrail-İran münaqişəsinə qoşulması ehtimalı ortaya çıxdı. Qeyd edək ki, iyunun 22-də ABŞ Hərbi Hava Qüvvələri İranın üç nüvə obyekti - Fordo, Natanz və İsfahana zərbələr endirib. Beynəlxalq ictimaiyyət və region ölkələri təşviş içərisindədir - Birləşmiş Millətlər Təşkilatı tərəfləri təmkinli olmağa və danışıqlar masasına oturmağa çağırıb.
Tramp müraciət etdi...
ABŞ Hərbi Hava Qüvvələrinin İrandakı nüvə obyektlərinə zərbələrindən sonra Prezident Donald Tramp öz sosial şəbəkə hesabında bu əməliyyatın müvəffəqiyyətlə həyata keçdiyini vurğulayıb. Ağ Evin rəhbəri qeyd edib ki, ABŞ İranın əsas nüvə infrastrukturu obyektlərinə zərbələr endirib: “İrandakı Fordo, Natanz və İsfahan daxil olmaqla, üç nüvə obyektinə uğurlu hücumu tamamladıq. Bütün təyyarələr artıq İran hava məkanından kənardadır. Dünyada bunu edə biləcək başqa bir ordu yoxdur. İndi sülh zamanıdır! Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirik,” - deyə Tramp qeyd edib. Eyni zamanda Tramp İrana zərbələrin nəticələri ilə bağlı Ağ Evdən etdiyi televiziya müraciətiətində bildirib ki, ABŞ Silahlı Qüvvələri İranın uran zənginləşdirmə obyektlərini tamamilə yox edib. “Bu axşam bütün dünyaya bildirə bilərəm ki, bu zərbələr heyranedici hərbi uğurla nəticələnib. İranın əsas uran zənginləşdirmə obyektləri tamamilə və bütünlüklə məhv edilib”, - deyə Amerika lideri söyləyib. Tramp, həmçinin bildirib ki, onun administrasiyası İsraili Amerika təyyarələrinin İrana qarşı gözlənilən zərbələri barədə əvvəlcədən xəbərdar edib.
Vaşinqtondan xəbərdarlıq
Ağ Evdən ABŞ-ın NBC telekanalına verilən məlumata görə, Tramp administrasiyası İranın 48 saat ərzində mümkün cavab zərbəsinə hazırlaşır. ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens jurnalistlərə açıqlamasında deyib ki, əgər İran nüvə proqramından imtina edərsə və ABŞ qüvvələrinə zərbələr endirməzsə, İranla münasibətlərin normallaşması üçün tarixi imkanlar olacaq. Dövlət katibi Marko Rubio isə qeyd edib ki, ABŞ İranla danışıqlara hazırdır: “İran cavab verərsə, bu, indiyə qədər etdiyi ən pis səhv olacaq. Biz İranda müharibə axtarmırıq. Rejimin dəyişməsi bizim məqsədimiz deyil”.
Nüvə obyektləri tam məhv edilib
“Fox News” telekanalının məlumatında qeyd olunur ki, ABŞ İranın əsas nüvə infrastrukturu obyektlərinə zərbələr endirərkən bunker əleyhinə bombalar və qanadlı raketlərdən istifadə edib. Kanalın məlumatına görə, Fordo, Natanz və İsfahandakı yeraltı nüvə obyektlərinə B-2 görünməz bombardmançı təyyarələrdən və sualtı qayıqlardan 6 ədəd “GBU-57” raketi və 30 “Tomahawk” raketi atılıb. “New York Times” qəzeti ABŞ-ın yüksək rütbəli rəsmisinə istinadən məlumat verir ki, Fordodakı güclü şəkildə qorunan obyekt Amerika hücumu nəticəsində tam dağıdılmayıb, amma ciddi şəkildə zədələnib və fəaliyyətini dayandırıb. İsrail və ABŞ hələ ki, Fordodakı vəziyyəti dəqiq öyrənməyə çalışırlar. Bəzi Qərb mənbələri isə İsfahanda 50-60 metr dərinlikdə daha bir nüvə mərkəzinin olduğunu iddia edir.
İran geri çəkilməyəcək
İranın xarici işlər naziri Abbas Əraqçi İstanbuda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsində keçirilən toplantıdan sonra təşkil edilən mətbuat konfransında çıxışı zamanı ABŞ-ın İrana hücumlarının dayandırılması üçün beynəlxalq aləmə çağırış edib. Əraqçi ABŞ-ın İranın nüvə mərkəzlərini hədəf almasının böyük təhlükə olduğunu bildirib. Eyni zamanda İran XİN rəhbəri öz sosial şəbəkə hesabında da hazırki vəziyyətin nə dərəcədə təhlükəli olduğunu diqqətə çatdırıb. “Təhlükəsizlik Şurasının daimi üzvü olan Amerika Birləşmiş Ştatları İranın dinc nüvə obyektlərinə hücum edərək BMT Nizamnaməsini, beynəlxalq hüquq normalarını və Nüvə Silahlarının Yayılmaması Müqaviləsini kobud şəkildə pozub. Baş vermiş hadisələr dəhşətlidir və uzunmüddətli nəticələrə səbəb olacaq,” - deyə Əraqçi bildirib. İran XİN rəhbəri əlavə edib ki, qanuni özünümüdafiəyə icazə verən BMT Nizamnaməsinə uyğun olaraq, İran öz suverenliyini və milli maraqlarını qorumaq hüququnu özündə saxlayır.
Beynəlxalq ictimaiyyət narahatlığını bildirir...
BMT-nin Baş katibi Antoniu Quterriş ABŞ-ın İrandakı nüvə obyektlərinə zərbələrini “beynəlxalq sülh və təhlükəsizliyə təhdid” adlandırıb. O, sosial şəbəkə hesabında Yaxın Şərqdə münaqişənin daha da dərinləşəcəyindən narahat olduğunu bildirib. Baş katibin sözlərinə görə, münaqişənin nəzarətdən çıxması riskləri artırır və dünya üçün fəlakətli nəticələrə səbəb ola bilər. Quterriş tərəfləri gərginliyi azaltmağa və beynəlxalq hüquq çərçivəsində öhdəlikləri yerinə yetirməyə çağırıb.
Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas da İran, İsrail və ABŞ-ı danışıqlar masasına qayıtmağa çağırıb. K.Kallas öz “X” sosial şəbəkə hesabında İranın nüvə silahına sahib olmamasının zəruriliyini vurğulayıb: “İranın nüvə silahı istehsalına icazə verilməməlidir, çünki bu, regional təhlükəsizliyə təhdid olardı. Bütün tərəfləri gərginliyin qarşısını almaq üçün danışıqlar masasına qayıtmağa çağırıram”.
Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında isə vurğulanır ki, Ankara ABŞ-ın İran İslam Respublikasının nüvə obyektlərinə hücumunun mümkün nəticələrindən dərin narahatdır. “Davam edən hadisələr regional münaqişənin qlobal səviyyəyə yüksəlməsinə səbəb ola bilər. Bu fəlakətli ssenarinin həyata keçməsini istəmirik. Biz bütün tərəfləri məsuliyyətlə hərəkət etməyə, hücumları indidən dayandırmağa və daha çox insan itkisi və dağıntıya səbəb ola biləcək addımlardan qaçmağa çağırırıq,” - deyə bəyanatda qeyd olunur.
Rusiya XİN rəhbərliyi isə ABŞ-ın İranın nüvə obyektlərinə hücumlarını pisləyib və Vaşinqtonun beynəlxalq hüququ kobud şəkildə pozduğunu bəyan edib.
Azərbaycan XİN də məsələyə reaksiya verib. “Amerika Birləşmiş Ştatlarının İran İslam Respublikasındakı nüvə obyektlərini hədəfə alan hərbi əməliyyatlarından sonra vəziyyətin daha da gərginləşməsindən dərin narahatlığımızı ifadə edirik. Bütün tərəfləri təmkinli olmağa, vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə, mövcud problemlərin həlli üçün dialoq və diplomatiyaya üstünlük verməyə çağırırıq”, - deyə XİN-in bəyanatında vurğulanıb .
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

