Milli Məclisin plenar iclasında...
30.03.2024 [10:40]
Parlamentin xüsusi iclasının keçirilməsi təklif edilib
Martın 29-da Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası keçirilib. Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 21 məsələnin müzakirəsi daxil edilib.
Əvvəlcə Sahibə Qafarova çıxışı zamanı 31 mart - Azərbaycanlıların soyqırımı gününə toxunaraq deyib ki, Azərbaycan xalqı erməni şovinistlərinin vəhşiliyinin qurbanı olmuş on minlərlə günahsız insanın xatirəsini daim ehtiramla yad edir.
Spiker qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində əldə etdiyi tarixi qələbələr, dövlətin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi son iki yüz ilə yaxın dövrdə azərbaycanlıların məruz qaldığı torpaq itkiləri, etnik təmizləmələr və soyqırımıları silsiləsinə son qoyub: “Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirilib. Bütün bunlar xalqımıza qarşı yeni soyqırımı cinayətlərinin baş verməməsinə ən yaxşı təminatdır”.
Deputatlara məlumat
verilməlidir
Deputat Qüdrət Həsənquliyev Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edib və bildirib ki, Rusiyada törədilən terror aktından sonra ölkədə təhlükəsizliyin hansı səviyyədə olduğu və hansı işlər görüldüyü barədə deputatlara bir məlumat verilməlidir.
Deputat bundan başqa, ekstrimal hallara hazırlıq üçün təcili tibbi yardım vertolyotlarının alınmasını təklif edib. O bildirib ki, Vətən müharibəsi dövründə yaralıları Badamdardakı vertolyot meydançasına daşıyırdılar, oradan isə təcili tibbi yardım maşını ilə xəstəxanalara aparırdılar: “Bizdə xəstəxanalarda vertolyot meydançaları yoxdur. Rusiyada baş verən hadisədən sonra bu barədə düşündüm. Azərbaycanda belə hadisə olsa, necə olacaq? Bakıda sıxlıq çoxdur. Yaralıları vertolyotla təcili tibbi yardım maşını ilə daşımaq olacaqmı?”.
Deputat Siyavuş Novruzov qeyd edib ki, terrorla mübarizə məqsədilə Cinayət Məcəlləsindəki müvafiq maddələri daha da kəskinləşdirmək lazımdır. Onun sözlərinə görə, dövlət başçısının rəhbərliyi ilə istər Vətən müharibəsində, istərsə də antiterror əməliyyatları zamanı həm Ermənistan, həm də onun havadarları tərəfindən Azərbaycanda sosial xarakterli fövqəladə vəziyyət yaratmağa nə qədər cəhd göstərildisə, nə qədər terror törətməyə çalışıldısa, hüquq-mühafizə orqanları bunların baş tutmasına imkan vermədi.
Deputat vurğulayıb ki, Azərbaycanı, həmçinin müxtəlif yanğınlarla sınağa çəkməyə çalışdılar: “Bu halda da Fövqəladə Hallar Nazirliyi belə məsələləri aradan qaldırıb. Azərbaycanda terror aktının törədilməsinə icazə verilməyib”.
O əlavə edib ki, terrorun əsas mənbəyi maliyyə, çirkli pullardır: “Hesab edirəm ki, Cinayət Məcəlləsindəki müvafiq maddələri daha da kəskinləşdirmək lazımdır. İstər mətbuat, siyasi partiya, QHT, istərsə də hərbçilər olsun, əgər kimsə mənbəyi məlum olmayan vəsait alırsa, bunun qarşısı dərhal alınmalı, mənbəyi araşdırılmalıdır. Çünki o maliyyə ölkədə hər hansı neqativ addımın atılmasına istifadə olunacaq. Heç kim qarşılıqsız pul vermir, verilən pulların sifarişi də var”.
65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir
Bununla yanaşı, Siyavuş Novruzov qeyd edib ki, Azərbaycanda 65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir: “O cümlədən, səhiyyə sahəsində çalışanlar bununla razılaşmır. Onlar xahiş edirlər ki, yaş həddi uzadılsın. Neft şirkətində isə 65 yaşında təqaüdə göndərilən şəxslər ağlaya-ağlaya gedirlər. Nazirlər Kabinetinin müəyyənləşdirdiyi 300-dən artıq sahə var ki, o sahələrdə çalışanlar erkən pensiyaya çıxa bilərlər. AMEA-da, dövlət qulluğunda çalışanlar 65 yaşda təqaüdə getmək istəmirlər. 65 yaşında kişi gedib bina tikə, daş qaldıra bilməz. Amma 65 yaşında kişi auditoriyaya girib mühazirə oxuya bilər”, - S.Novruzov qeyd edib.
Sonra “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Konstitusiya qanun layihəsi (ikinci oxunuş), “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), Azərbaycan Respublikasının 1994-cü il 8 fevral 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş), “Su təchizatı və tullantı suları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) səsverməyə çıxarılaraq qəbul edilib.
Daha sonra Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş), “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş), “Fövqəladə vəziyyət haqqında” qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), “Bələdiyyələrin statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) səsvermə əsasında təsdiqlənib.
Ardınca “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Peşə təhsili haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş), Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), Mülki Məcəlləsdə və “İpoteka haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Media haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) səsverməyə çıxarılaraq qəbul edilib.
İclasın sonunda spiker bildirib ki, Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası aprelin 5-də keçiriləcək. O deyib ki, toplantının gündəliyi barədə yaxın günlərdə məlumat veriləcək.
Beləliklə, Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası yekunlaşıb.
Günel ABBASOVA
Xəbər lenti
Hamısına baxSiyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49

