Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / İcraçı direktor: Əməkhaqqı artımında baş və böyük tibb heyətinin üzərinə düşən məsuliyyət də nəzərə alınıb

İcraçı direktor: Əməkhaqqı artımında baş və böyük tibb heyətinin üzərinə düşən məsuliyyət də nəzərə alınıb

02.09.2026 [12:42]

Əməkhaqqı artımında baş və böyük tibb heyətinin üzərinə düşən məsuliyyət də ayrıca nəzərə alınıb. Baş tibb bacılarının orta və kiçik tibb heyətinin fəaliyyətinin təşkili, tibbi sənədləşmə və uçot, pasiyent təhlükəsizliyi, infeksiyaya nəzarət və xidmət keyfiyyətinin təmin edilməsində mühüm rolu nəzərə alınaraq, tibb müəssisəsinin kateqoriyasından asılı olaraq diferensial artımlar tətbiq ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdrarəetmə Birliyinin icraçı direktoru Anar Bayramov sentyabrın 2-də keçirilən mətbuat konfransında məlumat verib.

İcraçı direktorun sözlərinə görə, 3B kateqoriyalı tibb müəssisəsində çalışan baş tibb bacısının aylıq əməkhaqqı 1454 manatdan 2125 manata yüksələcək ki, bu da 671 manat və ya 46 faiz artım deməkdir.

“Orta və kiçik tibb heyəti də islahatın əhatə dairəsindədir. 36 min 41 orta tibb işçisinin aylıq əməkhaqqı artımı 17, 20 min 367 kiçik tibb işçisinin əməkhaqqı artımı isə 18 faiz təşkil edəcək. İslahatın tətbiqi ilə tibb işçilərinin sosial rifahının gücləndirilməsi, peşənin cəlbediciliyinin artırılması, həkimlərin regionlara cəlb edilməsinin stimullaşdırılması, fəaliyyət nəticələrinin daha dolğun qiymətləndirilməsi və göstərilən tibbi xidmətlər üzrə pasiyent məmnuniyyətinin yüksəldilməsi hədəflənir”, - deyə o vurğulayıb.

Paylaş:
Baxılıb: 96 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bişkek görüşü...

02 Sentyabr 11:36  

İqtisadiyyat

Gündəm

Siyasət

İqtisadiyyat

Sosial

Hadisə

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30