Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Cəbrayılda iki avtomobil toqquşub, 3 nəfər ölüb

Cəbrayılda iki avtomobil toqquşub, 3 nəfər ölüb

09.03.2024 [17:15]

Cəbrayıl rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Minik maşınlarının toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol qəzası bu gün saat 14 radələrində Cəbrayılın Marallı kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı avtomobillə "VAZ-2107" markalı maşın toqquşub. Hadisə zamanı Mehdi Mehdiyev, Ehtibar Əliyev və şəxsiyyəti hələ ki, bilinməyən digər bir nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Yaralılar Füzuli rayon xəstəxanasına yerləşdirilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Paylaş:
Baxılıb: 805 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Sosial

Gündəm

Bişkek görüşü...

02 Sentyabr 11:36  

İqtisadiyyat

Gündəm

Siyasət

İqtisadiyyat

Sosial

Hadisə

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30