Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı işə başlayıb

Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı işə başlayıb

02.09.2026 [10:48]

Sentyabrın 2-də Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda IV Beynəlxalq Minatəmizləmə Konfransı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə “Şəhərlərin bərpasının təməlində mina fəaliyyəti”, “Azərbaycanda təhlükəsiz mina fəaliyyətinin dəstəklənməsi üçün beynəlxalq əməkdaşlıq və donor mexanizmləri”, “Dayanıqlı icmalar üçün humanitar minatəmizləmə” mövzusunda panel müzakirələr keçiriləcək.

Həmçinin konfrans çərçivəsində ANAMA ilə ASEAN Regional Minalarla Mübarizə Mərkəzi arasında Anlaşma Memorandumunun imzalanması gözlənilir.

Konfransın işinə sentyabrın 3-də yekun vurulacaq.

Paylaş:
Baxılıb: 139 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bişkek görüşü...

02 Sentyabr 11:36  

İqtisadiyyat

Gündəm

Siyasət

İqtisadiyyat

Sosial

Hadisə

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30