Qan yaddaşımız!
17.02.2024 [11:12]
Qaradağlı faciəsindən 32 il ötür...
Tariximizin ağrılı və acılı səhifələrində xalqımıza qarşı törədilmiş müxtəlif soyqırımlar öz əksini tapır. 1990-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı öz evindən didərgin düşdü, həyatını itirdi. Həmin qanlı hadisələrdən biri də Qaradağlı soyqırımıdır. 1992-ci il fevralın 17-18-də törədilmiş Qaradağlı faciəsi Xocalı soyqırımınadək törədilən ən qanlı faciələrdən idi...
“Cənnətməkan”ın qara günləri...
Qarabağın ən qədim yaşayış məskənlərindən biri olan Qaradağlı inzibati ərazi bölgüsünə görə Xocavənd rayonunun kəndidir. Bu kənd füsunkar təbiəti, yamyaşıl yamacları, uzunömürlü ağacları, şəfalı bulaqları ilə göz oxşayırdı. El arasında Qaradağlıya “cənnətməkan” da deyirmişlər. Lakin Qarabağda erməni separatizmi baş qaldıran gündən bu kəndin də qara günləri başlayır. Bir neçə dəfə erməni hərbi birləşmələrinin hücumlarının qarşısı alınır - bununla belə hər gün yeni hücumlar təşkil olunur, insanlar öldürür, kənd talana məruz qalırdı.
“İkinci Xocalı” soyqırımı...
Əslində, Qaradağlı faciəsi bir günün, bir gecənin hadisəsi deyildi. İki yüz ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin növbəti səhifəsi idi. 1992-ci il fevralın 10-11-i Xankəndi şəhərinin 2-3 kilometrliyində yerləşən Malıbəyli və Quşçuların işğal edilməsindən sonra növbəti hədəf Qaradağlı kəndi oldu. Erməni hərbi qüvvələrinin manevrlərinə mane olan kəndin ələ keçirilməsi həyati anlam daşıyırdı. Bu baxımdan Qaradağlının ələ keçirilməsi şərt idi.
1992-ci il fevralın 14-də erməni quldurları əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücum etdilər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə apardı. Döyüşlərdə biri qadın olmaqla, 14 nəfər həlak oldu. Silah-sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir və girov götürüldülər, onların növbəti məşəqqətləri başlandı.
Amansız qətllər...
Kəndin Bəylik bağı adlanan yerində 23 sakin erməni cəlladları tərəfindən güllələndi, əksəriyyəti yaralı halda diri-diri silos quyusunda basdırıldı. Sakinlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək güllələndi. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Girovluqda olan 8 nəfər kənd sakininə ermənilər əzab və işgəncələr verərək onları amansızlıqla qətlə yetirdilər. Dörd nəfər müxtəlif dövrlərdə şəhid oldu. Beş nəfərin taleyi isə bu günə qədər məlum deyil.
Beləliklə, erməni işğalçılarına qarşı 4 gün qəhrəmanlıqla mübarizə aparan Qaradağlı kəndi 1992-ci il fevralın 17-də işğal edilərək yandırıldı, dinc əhaliyə qarşı soyqırımı həyata keçirildi. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Ümumilikdə, əsir və girov götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə azad edilib. Girov götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Azad olunanların 5 nəfəri qadın olmaqla, 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib.
Qan yaddaşımızı unutmuruq!
2023-cü ilin sentyabrında baş tutan antiterror əməliyyatı Azərbaycanın suverenliyinin bərpa olunması ilə nəticələndi. Torpaqlarımızdakı separatizm bitirildi. Bu gün bütövləşən Azərbaycan qalib ölkədir. Buna rəğmən keçmişdə başımıza gətirilən faciələrimizi əsla unutmuruq. Prezident İlham Əliyev hər zaman çıxışlarında bildirir ki, biz tariximizi unutmamalı, bir daha o faciələrin təkrarlanmasına yol verməməliyik.
Qaradağlı faciəsi də Azərbaycan xalqının qan yaddaşıdır. Bu qətliamla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə mühüm addımlar atılıb və atılır. Azərbaycan, rus və ingilis dillərində “Soyqırımı: Qaradağlı”, Azərbaycan, rus, ingilis və fransız dillərində “Soyqırımı Qaradağlı: davam edir...” və “Qaradağlı, mübarizə” sənədli filmləri çəkilib. “Qaradağlı Soyqırımı şahidlərin dili ilə” kitabı hazırlanıb. Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Nərgiztəpə ərazisində ucaldılan abidə kompleksləri isə şəhidlərin xatirəsinə əbədi ehtiram nişanəsidir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

