Zəfər seçkilərində iştirak etmək sevindirici və qürurvericidir
07.02.2024 [16:57]
Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ilk dəfə bütün ərazilərimizdə prezident seçkiləri keçirilir. Bununla da müstəqilliyini və ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycan yeni bir inkişaf mərhələsinə qədəm qoyur. Zəfər seçkilərində səs verənlər arasında Vətən müharibəsi iştirakçıları, qazilər də var.
11 saylı Binəqədi-Qaradağ seçki dairəsinin 33 saylı seçki məntəqəsində səsvermədə iştirak edən Vətən müharibəsi qazisi Kamal Hüseynov vurğulayıb ki, ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş Azərbaycanda prezident seçkilərində iştirak etmək sevindirici və qürurvericidir. O, ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş Azərbaycanda yaşamaqdan, bu ölkənin vətəndaşı olmaqdan qürur duyduğunu bildirib: “Torpaqlarımızı qanımız və canımız hesabına qorumuşuq. Bu gün Qarabağ və Şərqi Zəngəzurda seçkilər keçirilir. Buna sinəsini düşmən gülləsinin qarşısında sipər edən Azərbaycan gənclərinin sayəsində nail olmuşuq. Canımızı, sağlamlığımızı itirsək də, milli kimliyimizi qorumuşuq və ədaləti bərpa etmişik. Mən indiyədək bir dəfə də prezident seçkilərində iştirak etmişəm. Ancaq onda torpaqlarımız işğal altında idi. Bu gün isə tarixi bir dönəm yaşayırıq. İlk dəfə ərazi bütövlüyümüz şəraitində seçki keçiririk”.
Prezident seçkilərinin qazi yoldaşları arasında da böyük rəğbətlə qarşılandığını deyən Kamal Hüseynov diqqətə çatdırıb ki, bu dəfə də ölkəmizdə seçkilərin demokratik, şəffaf və ədalətli keçirilməsi tam təmin edilib.
Prezident seçkiləri ilə bağlı İstanbulda səs verən Elmir Hacıyev isə Vətən müharibəsi iştirakçısı olduğunu deyib: “O günləri ön cəbhədə keçirdiyim və əldə etdiyimiz şanlı Zəfərimizin kiçik bir parçası ola bildiyim üçün çox qürurluyam. Hər bir Azərbaycan oğlu kimi, Vətənin keşiyində dayanmağa hazıram”. İlk dəfə seçkilərdə iştirak etdiyini bildirən Elmir bunları söyləyib: “Qazanılan o böyük Zəfər biz gənclərə qalib olmanın, Qələbənin verdiyi gücün nə olduğunu göstərdi. Seçkilər ərəfəsində Türkiyəyə gəlməyim və bu gün məhz İstanbulda yaradılmış seçki məntəqəsində səs verməyim isə bir təsadüf oldu. Olduqca həyəcanlıyam. Lakin bu da mənim üçün xoş bir xatirə olaraq qalacaq”.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

