Yeni çağırış - Multilinqualizm...
26.09.2023 [11:17]
26 sentyabr Avropa Dilləri Günüdür!
Yeganə BAYRAMOVA
Dünyanın dil mənzərəsi olduqca rəngarəng və zəngindir. Artıq 22 ildir ki, hər il sentyabrın 26-da Avropa Dillər Günü kimi qeyd olunur. Həmin təqvim 2001-ci il 6 dekabrda Avropa Şurası tərəfindən təsis edilib. Növbəti il sentyabrın 26-dan etibarən üzv dövlətlər bu günlə əlaqədar müxtəlif tədbirlər təşkil etməyə başlayıblar.
Avropa Dilləri Gününün qeyd edilməsinin əsas məqsədi hər kəsi ikinci və ya üçüncü dil öyrənməyə təşviq etmək, həmçinin bir neçə dilbilmənin mədəniyyətlərarası anlayışı artırdığını aşılamaqdır. Bu qaydalara uyğun olaraq, gənc və yaşlı insanlar bir dil seçməyə və ya mövcud dil bacarıqları ilə xüsusi qürur duymağa təşviq olunur. Həmçinin insanların bir sıra dilləri öyrənməsini asanlaşdırmaq və dilləri təşviq etmək üçün siyasət təşəbbüslərini dəstəkləmək üçün çağırışlar edilir. Bu gün münasibətilə, Avropada uşaqlar üçün tədbirlər, televiziya və radio proqramları, dil dərsləri və konfranslar da daxil olmaqla bir sıra tədbirlər keçirilir.
Avropa Dillər Günü üçün nəzərdə tutulan 36 dildə veb-sayt mövcuddur. Saytda yüzlərlə tədbir və fəaliyyət xüsusi təqvimdə qeyd olunur. Avropa Dillər Günü çərçivəsində Avropa və digər qitələrdə baş verən fəaliyyətlər bu saytda, əsasən, məktəblər, universitetlər, dil və mədəniyyət institutları, birliklər və Avropa Komissiyasının tərcümə sahəsindəki ofisləri tərəfindən qeyd olunur.
Avropa dilləri
Avropada təxminən 225 yerli dil mövcuddur. Bu da, dünya dillərinin təxminən 3%-ni təşkil edir. Avropa dillərinin çoxu Hind-Avropa mənşəlidir. XVIII əsrin sonlarından etibarən Avropanın ən geniş yayılmış dili (həm coğrafi, həm də ana dilində danışanların sayı baxımından) fransız dilini əvəz edən rus dilidir. Yalnız ana dilində danışanları nəzərə alsaq, gündəlik 150 milyon avropalı rus dilində danışır, daha sonra alman dili (təqribən 95 milyon), türk (təqribən 80 milyon), ingilis və fransız (hər biri 65 milyon), italyan ( 60 milyon), ispan və polyak (hər biri 40 milyon), ukrayna (30 milyon) və rumın (26 milyon). Xarici dil araşdırmalarına gəlincə, hazırda Avropada ən populyar xarici dil ingilis dilidir, ardından alman, fransız, italyan, rus və ispan dilləri gəlir.
Çoxdillilik-multilinqualizm...
Avropa Birliyinin (AB) “Avropalılar və onların dilləri” sorğusuna görə, AB vətəndaşlarının 56%-i (25 üzv dövlət) ana dilindən başqa bir dildə danışır, lakin 44%-i ana dilindən başqa heç bir dil bilmədiyini etiraf edir. Bununla birlikdə, 28%-i iki xarici dil bilir. AB vətəndaşları arasında 38% ingilis dilini, 14% fransızca və ya almanca, 7% rusca, 5% ispanca və 3% italyanca bildiklərini qeyd edib.
Immiqrasiyanın artması isə Avropada yeni mərhələni - çox dilli Qərb mərhələsini formalaşdırıb. Məsələn: Londonda təxminən 300 dildə danışılır ki, ən populyarları ingilis, fransız, çin, polyak, rus, ispan, portuqal, ərəb, benqal, fars, türk, kürd, berber, hindi, urdu, pəncabi və s-dir. Avropa Birliyi isə daima həm institusional işlərində, həm də vətəndaşları üçün bir məqsəd olaraq çoxdilli siyasətinə sadiqdir. 2002-ci ildə AB-nin Barselonadakı zirvəsində, uşaqların erkən yaşlarından ən azı iki xarici dil öyrənməsini hədəflənib. AB üçün çoxdillilik işçilərin mobilliyi və Avropa iqtisadiyyatı ilə əlaqələndirilir. Avropa Birliyi, Sokrat və Leonardo da Vinci proqramları vasitəsi ilə dil öyrənmə və dil müxtəlifliyini təşviq etmək üçün ildə 30 milyon avrodan çox pul xərcləyir.
Xəbər lenti
Hamısına baxDünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32

