Paşinyan təkzib edir...
11.01.2023 [10:17]
Ermənistan Rusiya ilə ittifaq dövləti yaratmaq barədə rəsmi təklif almayıb
Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da mətbuat konfransı keçirib. Mətbuat konfransında bir sıra məsələlərə toxunan erməni baş nazir bildirib ki, Ermənistan-Türkiyə sərhədinin və dəmir yolunun açılması qlobal əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, nəqliyyat əlaqələri nəzərindən regionun logistik əhəmiyyəti dəyişir, daha vacib rol oynayır: “Ermənistanla Türkiyə arasında sərhədlərin, o cümlədən dəmir yolunun açılması qlobal əhəmiyyət daşıyacaq. Həmçinin Azərbaycanın digər hissəsi ilə Naxçıvan, İranla Azərbaycan, Ermənistanla Rusiya arasında əlaqələrin bərpası vacibdir”.
O qeyd edib ki, İrəvan və Ankara təkcə danışıqlar aparmamalıdır, prosesin dinamikasını artıran konkret addımlar da atılmalıdır. “Xüsusi nümayəndələrin işinin davam etməsi, Prezident Rəcəb Tayyib Ərdoğanla birbaşa danışıqlar vacibdir. Ümid edirəm ki, yaxın gələcəkdə sərhəd üçüncü ölkə vətəndaşları üçün açılacaq”, - deyə Paşinyan bildirib.
KTMT ilə bağlı məsələyə də münasibət bildirən N.Paşinyan Ermənistanın 2023-cü ildə KTMT-nin hərbi təlimlərinə ev sahibliyi etməyəcəyini bəyan edib. Baş nazirin sözlərinə görə, Ermənistanın hazırkı vəziyyətində KTMT-nin “Sarsılmaz qardaşlıq” təlimlərinin keçirilməsi məqsədəuyğun deyil. Eyni zamanda, Rusiya ilə ittifaq dövləti yaratmaq barədə də rəsmi təklif almadıqlarını bildirən N.Paşinyan vurğulayıb ki, reallıq göründüyü qədər sadə deyil. “Bəzən problemin mətninə deyil, kontekstinə və qlobal proseslərə dərindən baxmaq lazımdır. Bizim üçün Ermənistanın suverenliyi və dövlətçiliyi mütləq dəyərdir. Biz dövlətin mövcudluğunu təmin etməyi özümüzə borc və məsuliyyət hesab edirik”, - deyə Paşinyan söyləyib.
Ermənistana qeyri-rəsmi kanallar vasitəsilə təzyiq edilib-edilmədiyi ilə bağlı suala erməni hökumət başçısı cavabında bildirib ki, qeyri-rəsmi kanal ifadəsi başqa mənaları ifadə edə bilər: “Məsələn, ekspertlərin daimi söhbətlərini, habelə müxtəlif kontaktları da qeyri-rəsmi kanallar hesab etmək olar. Güman edirəm ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi də təzyiqdən danışarkən bunu nəzərə alıb”.
“Bölgədə münasibətlərimizi dəyişməsək, mövcud təhlükələri idarə edə bilməyəcəyik, amma arzu etmək kifayət deyil, düşündüyümüzdən daha çevik olmalıyıq”, - deyən N.Paşinyan Rusiya ilə Türkiyə arasında münasibətlərin niyə və necə dəyişdiyini, bunun Ermənistan üçün nə demək olduğunu anlamağa çağırıb. “Rusiya ilə Azərbaycan arasında münasibətlər niyə və necə dəyişib? Bunun bizə təsirini başa düşməliyik. Suallara cavab verməliyik: regionda necə mövqe tuturuq? Qonşu və tərəfdaş, yoxsa istehkam kimi? Yoxsa tarixi ədalət uğrunda mübarizə aparan, başqa ölkələrə dərs verməli bir dövlət kimi?”, - deyə Paşinyan ritorik suallar ünvanlayıb.
Azərbaycan ilə münasibətlərə də toxunan Paşinyan bildirib ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü heç vaxt tanımayacaq, əksinə, ona qarşı yeni hücumlar həyata keçirməyi qarşısına məqsəd qoyub. Qeyd edib ki, biz “Dağlıq Qarabağ”dan danışanda Azərbaycan bunu ərazi bütövlüyünə və suverenliyinə qəsd kimi dəyərləndirir. “Bunu Ermənistanın onun ərazi bütövlüyünü tanımadığını və tanımaq niyyətində olmadığını sübut kimi irəli sürür. Bu ritorikanı inkişaf etdirərək deyirlər ki, əgər belədirsə, biz də Ermənistanın ərazi bütövlüyünü tanımırıq”, - deyə Paşinyan bildirib. O vurğulayıb ki, dünyada elə bir ölkə olmayıb və yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın. Paşinyan xatırladıb ki, Praqa görüşünün yekunlarına əsasən, Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birilərinin ərazi bütövlüyünün tanınması barədə razılıq əldə ediblər. Paşinyan mətbuat konfransında Laçın yolunda baş verənlərə də toxunub. O bildirib ki, biz tərəfdaşlarımızla ultimatum dilində danışmalı deyilik”. Paşinyan deyib ki, durum ictimaiyyətə açıqlanıb, lazımi qiymət verilib: “Laçın dəhlizinin işini Rusiya sülhməramlıları təmin etməlidir. Bu, üçtərəfli sazişlərdə də öz əksini tapıb”.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49

