Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qaxda bir ailənin 5 üzvü kəklikotudan zəhərlənib

Qaxda bir ailənin 5 üzvü kəklikotudan zəhərlənib

12.12.2022 [11:12]

Qax rayonunda bir ailənin beş üzvü qidadan zəhərlənib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, rayon sakinləri - 64 yaşlı Xanım Xəlilova, onun oğlu 40 yaşlı Məhəmməd Xəlilov və gəlini Günay Mahmudova, eləcə də 2 azyaşlı qida zəhərlənməsi diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Onların kəklikotu çayı içdikdən sonra vəziyyətlərinin pisləşdiyi bildirilib.

İlkin ehtimala görə, hadisəyə kəklikotunun içərisində zəhərli alaq otlarının da qəbul edilməsi səbəb olub.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"un yerli bürosuna faktı təsdiq edilib.

Qeyd olunub ki, 5 nəfərin qidadan zəhərlənməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

Faktla bağlı ilkin araşdırma aparıldıqdan sonra toplanmış materiallar rayon prokurorluğuna göndəriləcək.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Baxılıb: 446 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31