Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / BƏƏ Hörmüz boğazından yan keçəcək boru kəmərinin inşasını sürətləndirib

BƏƏ Hörmüz boğazından yan keçəcək boru kəmərinin inşasını sürətləndirib

15.05.2026 [23:35]

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hörmüz boğazından yan keçməyi hədəfləyən “Qərb-Şərq boru kəməri” layihəsini sürətləndirir.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, 2027-ci ildə tamamlanması nəzərdə tutulan layihənin həyata keçirilməsi daha erkən tarixə çəkilib.

Boru kəmərinin istifadəyə verilməsi ilə Fuceyra limanı vasitəsilə ixrac gücünü gündəlik 3 milyon barelə çatdırılması hədəflənir.

Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) yeni boru kəmərini əsas ixrac marşrutu kimi saxlayaraq davamlı logistika “elastikliyinə” nail olmağı nəzərdə tutur. ADNOC hazırda gündəlik tutumu 1,5 milyon barel olan Həbshan-Fuceyra boru kəmərini istifadə edir.

Qeyd edək ki, mayın əvvəlindən etibarən OPEC və OPEC+ qrupundan ayrılan BƏƏ 2027-ci ilə qədər gündəlik 5 milyon barel neft istehsalı gücünə çatmağı planlaşdırır.

Paylaş:
Baxılıb: 590 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bişkek görüşü...

02 Sentyabr 11:36  

İqtisadiyyat

Gündəm

Siyasət

İqtisadiyyat

Sosial

Hadisə

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30