Azərbaycan - Slovakiya münasibətləri: strateji tərəfdaşlıq, yüksək siyasi əlaqələr...
15.05.2026 [11:17]
Azərbaycan beynəlxalq aləmdə yaxın tərəfdaşlığa üstünlük verən, qarşılıqlı maraqlar çərçivəsində əlaqələrin möhkəmlənməsinə səy göstərən ölkə kimi tanınmaqdadır. Xüsusilə, Azərbaycanın qətiyyəti ilə Cənubi Qafqazda formalaşan sülh prosesi, qlobal enerji təhlükəsizliyinə verdiyimiz töhfələr ölkəmizin müxtəlif qitələrdə yerləşən dövlətlərlə strateji əlaqələr qurmasında əsaslı ştrix kimi çıxış edir. Enerji sektorunda aparılan ardıcıl və məsuliyyətli siyasət ölkəmizin nüfuzunu daha da artırıb. Azərbaycan enerji bazarında heç vaxt qeyri-müəyyənlik yaradacaq addım atmayıb - qarşılıqlı maraqlar hər zaman əsas tutulub. Təsadüfi deyil ki, bu gün Avropa İttifaqı ölkələrinin Azərbaycanla əməkdaşlıq xətti, xüsusilə təbii qaz və yaşıl enerji sahələrində daha da güclənir.
Belə bir qarşılıqlı münasibətlərin inkişaf dinamizmi ikitərəli əlaqələrin güclənməsinə də rəvac verir - məsələn, Slovakiya-Azərbaycan əlaqələri artıq yeni məzmun qazanmaqdadır. Slovakiyanın Cənub Qaz Dəhlizinin final istifadəçilərindən biri kimi Azərbaycana olan marağı günü-gündən artır. Ölkəmizin enerji təhlükəsizliyinə verdiyi strateji dəstək Slovakiya tərəfindən yüksək qiymətləndirilir. Bununla yanaşı, iki ölkə arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq üçün də geniş imkanlar mövcuddur. Hazırki münasibətlər sistemi nin daha da irəliyə aparılması üçün hər iki tərəf mühüm addımlar atmaqda israrlıdırlar.
Bakı-Bratislava münasibətləri yüksələn xətlə inkişaf edir
Mayın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bu məsələ ön planda tutulub. Müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişafını vurğulayan dövlətimizin başçısı qarşılıqlı hörmətə, dostluğa və tərəfdaşlığa əsaslanan ikitərəfli əlaqələrimizin genişlənməsində parlamentlərimiz arasındakı münasibətlərin roluna toxunub. Prezident İlham Əliyev bu səfəri tərəfdaşlığımızın daha bir göstəricisi adlandırıb, regionda sülhün gücləndirilməsi üçün ölkəmiz tərəfindən görülən tədbirlərdən danışıb, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da daxil olmaqla ölkələrimiz arasında ticarət münasibətlərinin yaradıldığını deyib. Söhbət zamanı Azərbaycanla Slovakiya arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulduğu vurğulanaraq, siyasi əlaqələrimizin yüksək səviyyədə olduğu qeyd edilib. Slovakiya şirkətlərinin Ağdamın Baş Qərvənd kəndinin yenidən qurulmasında iştirakına toxunularaq, bunun Azərbaycan-Slovakiya dostluğunun göstəricisi olduğu vurğulanıb.
Yeri gəlmişkən, bir neçə gün öncə Slovakiya Baş naziri Robert Fitso sosial media hesabında yaydığı videoda ölkəmiz, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev haqqında danışmışdı. Bu zaman o, Azərbaycan dövlət başçısının Avropa Parlamenti ilə bağlı mövqeyini qeyd edərək bildirmişdi ki, “Prezident İlham Əliyev Avropa Parlamentinin yalan yaymaqdan, başqalarının işinə qarışmaqdansa, ilk növbədə Avropanın problemləri ilə məşğul olmalı olduğunu bildirərkən həqiqəti söylədi - bizim isə belə problemlərimiz kifayət qədər çoxdur”.
Prezident İlham Əliyev də Slovakiyanın Baş naziri Robert Fitsonun sosial media hesabında Azərbaycan haqqında dediyi xoş sözlərlə əlaqədar özünün X səhifəsində paylaşım edib: “Əziz Robert, Azərbaycan haqqında söylədiyiniz həqiqi və dəyərli fikirlərə görə Sizə təşəkkür edirəm. Tərəfdaşlığımızı yüksək qiymətləndirirəm. Slovakiyaya səfərim zamanı göstərdiyiniz qonaqpərvərliyə görə bir daha minnətdarlığımı bildirirəm və Sizi tezliklə Bakıda görməyi səbirsizliklə gözləyirəm”.
Çoxşaxəli əlaqələr...
Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulub. 2019-cu ildən Slovakiyanın Azərbaycanda səfirliyi fəaliyyət göstərir. 2023-cü ilin iyulundan isə Azərbaycanın Slovakiyada səfirliyi təsis olunub. 2009-cu ildən Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu fəaliyyət göstərir.
Rəsmi şəxslərin qarşılıqlı səfərlərinə gəldikdə isə, Prezident İlham Əliyev 2004-cü ilin martında və ötən ilin dekabrında Bratislavada səfərdə olub. Slovakiyanın hazırki Prezidenti Peter Pelleqrini isə 2018-ci ilin noyabrında Baş nazir statusunda Bakıya səfər edib. Hazırki Baş nazir Robert Fitso isə 2024-cü ilin mayında Azərbaycanda rəsmi səfərdə olub. Səfər çərçivəsində iki ölkə arasında “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” imzalanıb. Bundan başqa, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”lər də imzalanıb. İki ölkə arasında iqtisadi əlaqələr geniş olmasa da, Slovakiya şirkətləri Azərbaycan iqtisadiyyatına investisiya yatırmaqda maraqlıdırlar. Eyni zamanda, Azərbaycan iş adamlarının da Slovakiyaya investisiya qoyması önəmli istiqamətlərdən biri olaraq qalır. Əməkdaşlıq perspektivi olan bir digər sahə isə müdafiə sənayesi sahəsidir. Bu istiqamətdə birgə layihələrə imza atılması mümkündür - bununla bağlı müzakirələr belə reallaşıb. Qeyd edək ki, Slovakiya Ermənistan - Azərbaycan münaqişəsinin həllində beynəlxalq hüquqa əsaslanan yanaşmanı dəstəkləyib. Bu, münasibətlərdə qarşılıqlı etimad mühitinin güclənməsinə şərait yaradıb. 44 günlük Vətən müharibəsindən sonra regionda yaranan yeni vəziyyət Bratislava tərəfindən diqqətlə izlənilir və Slovakiya Azərbaycanla əməkdaşlığı daha da genişləndirməyə maraqlı olduğunu açıq şəkildə bildirir.
Enerji sektoru əlaqlərin inkişafında əhəmiyyətli yer tutur
Enerji sektoru Azərbaycan-Slovakiya münasibətlərinin ən mühüm istiqamətlərindən biridir. Avropa İttifaqının enerji təhlükəsizliyi məsələsində fəal iştarak edən Azərbaycan Cənub Qaz Dəhlizinin əsas təchizatçısı kimi mühüm tərəfdaşa çevrilib. Slovakiya da enerji şaxələndirməsinə ehtiyacı olan ölkələr sırasında olduğundan, Azərbaycanla əməkdaşlıq burada xüsusi rol oynayır. Qeyd edək ki, Slovakiya uzun illər qaz təchizatında asılılıqlar səbəbindən enerji təhlükəsizliyi məsələlərini prioritet mövzusuna çevirib. 2022-ci ildən sonra Avropada baş verən geosiyasi dəyişikliklər qaz mənbələrinin dəyişikliyini zəruri edib. Bu dövrdə Azərbaycan Avropa üçün etibarlı və sabit təchizatçı kimi önə çıxıb. Avropaya qaz tədarükünün 2027-ci ilə qədər iki dəfə artırılması planları Slovakiya üçün də yeni imkanlar yaradır. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin ötən ilin dekabrında Bratislavaya rəsmi səfəri çərçivəsində keçirilən geniş tərkibdə görüşdə çıxış edən Slovakiyanın dövlət başçısı Peter Pelleqri bildirmişdi ki, enerji təchizatı ilə bağlı Slovakiya hazırda olduqca ağır vəziyyətə düşüb: “Görürük ki, uzun perspektivdə Azərbaycan həll variantının bir hissəsi ola bilər”.
Bunun qarşılığında isə Prezident İlham Əliyev qeyd etmişdi ki, 2024-cü ildə biz Slovakiyaya qaz təchizatına başladıq: “İstənilən lazımi vaxtda davam etdirməyə hazırıq”.
Gələcəkdə Azərbaycan-Slovakiya enerji əməkdaşlığının yalnız qazla məhdudlaşmayacağı da proqnozlaşdırılır - “Yaşıl enerji” sahəsində Azərbaycanın böyük potensialı bu əməkdaşlığı daha da genişləndirə bilər. Beləliklə, enerji sektoru iki ölkə arasında əməkdaşlığın lokomotivi rolunu oynayır və yaxın illərdə bu sahədə daha dərin inteqrasiya gözlənilir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxElanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08

