Təbiətin rənglərini soldurmayaq...
15.05.2026 [12:41]
İqlimi qorumaq həyatımızı qorumaqdır!
Bəzən tropik meşələrin dərinliklərində rütubətli və isti hava insanı yaşıl dünyanın sirli qucağına çəkir. Bəzən də qütblərin buz kimi sərt küləkləri həyatın nə qədər dözümlü və möcüzəli olduğunu xatırladır. İqlim haqqında düşündükcə insan anlayır ki, təbiət sadəcə yaşadığımız məkan deyil, həm də həyatımızın rəngarəng tablosudur. Çünki mavi okeanların sonsuzluğu, yaşıl meşələrin sakitliyi, qızılı səhraların ehtişamı və qarla örtülmüş dağların əzəməti bir-biri ilə harmoniyada birləşərək dünyanı canlı və heyranedici bir sənət əsərinə çevirir.
Bu gün bəşəriyyətin üzləşdiyi qlobal problemlərdən biri iqlim dəyişikliyidir. Qlobal istiləşmə, təbii fəlakətlər, planetdə dəyişən hava şəraiti - bütün bunlar Yer kürəsində iqlimin pisləşməsinə gətirib çıxarır. Nəticədə insanların qida və həyat təhlükəsizliyi, təbii ehtiyatların vəziyyəti və dövlətlərin tarazlı inkişafına mənfi təsir göstərir.
Mayın 15-də bütün dünya Beynəlxalq İqlim Gününü qeyd edir. Bu günün təsis edilməsində əsas məqsəd dünyanın dayanıqlı inkişafı üçün iqlim dəyişmələri ilə mübarizəyə beynəlxalq ictimaiyyətin cəlb edilməsindən ibarətdir.
Orta temperatur 0,8 dərəcə artıb
Təkcə son 35-36 ildə planetdə iqlim dəyişikliyi kəskin surətdə sürətlənib. Demək olar ki, hər il yeni temperatur rekordları müəyyən edilir. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin (IPCC) Ekspertlər Qrupunun qiymətləndirmə hesablarına görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması əsasən antropogen amillərlə bağlıdır.
İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin hesablamalarına görə, istixana qazlarının emissiyalarının azaldılması ilə bağlı heç bir tədbir görülməzsə, XXI əsrdə dünyanın orta illik temperaturu ən azı 3-4 dərəcə yüksələ bilər.
Mühüm saziş
Planetdə geridönməz iqlim dəyişikliyinə səbəb olan əsas problemlər sırasında atmosferdə istixana qazlarının konsentrasiyasının artmasıdır. İlk dəfə həmin fenomen dünya səviyyəsində 1992-ci ildə - Rio-de-Janeyroda keçirilən BMT-nin ətraf mühit və inkişaf məsələlərinə həsr edilmiş “Yer kürəsi sammiti” konfransında müzakirə edilib. Dünyanın 180-dən çox ölkəsinin, o cümlədən keçmiş SSRİ ölkələri nümunəsində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını (FCCC) imzaladılar. Həmin saziş atmosferdə istixana qazlarının Yer kürəsinin iqlim sisteminə olan qlobal antropogen təsirli təhdid etməyən səviyyədə sabitləşdirməyə yönəlmiş dövlətlərin fəaliyyətlərinin ümumi prinsiplərini müəyyən etdi.
Azərbaycan böyük hədəflər müəyyən edib
Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə isə konvensiyanın Kioto protokolunu ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Ölkəmiz Paris Sazişini 2016-cı ilin oktyabrında ratifikasiya edib. Paris Sazişi ölkələrin təqdim etdiyi Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə əsasən öhdəliklərini müəyyən edir.
Azərbaycan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədində baza ili (1990) ilə müqayisədə 2030-cu ildə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürmüşdü. 2021-ci ilin noyabrında Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı konfransında Azərbaycan qlobal səylərə öz töhfəsini vermək məqsədilə yeni hədəfli çıxış edərək 2050-ci ilə qədər əlavə könüllü şəkildə iqlim emissiyalarını 40 faizədək azaldılmasını və işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılmasını bəyan edib. Eyni zamanda, ağıllı şəhər/ağıllı kənd konsepsiyasının reallaşması və bu ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılması planları haqqında danışılıb.
İstilik effekti yaradan qazların qlobal emissiyalarında ən çox payı olan 5 ölkə bunlardır - Çin (28 faiz), ABŞ (15 faiz), Hindistan (7 faiz), Rusiya (5 faiz), Yaponiya (4 faiz). İstilik effekti yaradan qazların dünya üzrə ümumi emissiyalarında Azərbaycanın payı 0,15 faiz təşkil edir.
İqlimin qorunması hazırda bəşəriyyət qarşısında duran qlobal problemlərdən biridir. Qlobal istiləşmə, atmosfer qatında artan ozonun miqdarı, təbii fəlakətlər, planetin hava şəraitinin dəyişməsi - bunlar hamısı Yer kürəsinin iqliminin pisləşməsinə səbəb olur. Nəticədə insanların ərzaq, həyati və mülki təhlükəsizliyi sual altında qalır, təbii resursların vəziyyətinə və dövlətlərin dayanıqlı inkişafına mənfi təsir göstərir.
Müasir elm Yer kürəsinin temperaturunda daha çox artım olacağı halda faciəli iqlim dəyişikliyinin nə qədər tez bir zamanda baş verəcəyi sualına cavab tapa bilmir. Ancaq ekoloq və meteoroloqların fikrincə, bu dəyişikliyi bəşəriyyətin gücü ilə təxirə salmaq lazımdır.
İqlimin stabil saxlanılması planetin hər bir sakinindən asılıdır. Avtomobildən çox istifadə etməməklə, mənzillərdə işıqlandırma məqsədilə enerjiyə qənaət edən mənbələrdən istifadə ilə, ağac əkinlərinə və yaşıllıqların müdafiəsi aksiyalarına qoşulmaqla iqlimin qorunmasında pay sahibi olmaq olar. Təbiət insanlara hər zaman rənglərin, səslərin və həyatın ən möhtəşəm mənzərəsini bəxş edib. Buna görə də meşələrin yaşıl nəfəsini, dənizlərin mavi sonsuzluğunu, çiçəklərin rəngarəng gözəlliyini və buzlaqların sakit əzəmətini qorumaq hər bir insanın məsuliyyətidir. Hər kəsə kiçik görünən bu əməllər əslində Yer kürəsi üçün böyük məna ifadə edir...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

