ABŞ və Çinin “fantastik” gələcəyi...
15.05.2026 [09:32]
Donald Trampın Pekinə səfəri əlaqələrə necə təsir edəcək?
Hazırda dünyanın gündəmində olan əsas mövzulardan biri ABŞ Prezidenti Donald Trampın Çin Xalq Respublikasına dövlət səfəridir. Dünyanın iki böyük və bir-birinə əks qütbdə olan bu ölkələrin liderlərinin görüşü beynəlxalq ictimaiyyətin diqqətindədir.
Rəsmi qarşılama mərasimində əvvəlcə ev sahibi Si Cinpin Pekinin mərkəzindəki Böyük Xalq Zalının qarşısında Prezident Trampı salamlayıb. Daha sonra iki lider dövlət himnlərinin müşayiəti altında fəxri qarovul dəstəsinin yanından keçib. Tramp dövlət rəsmiləri və ABŞ şirkətlərinin vəzifəli şəxslərindən ibarət nümayəndə heyətini Cinpinə təqdim edib.Daha sonra tərəflər görüş üçün Böyük Xalq Zalına yollanıblar. Görüşdə müzakirələr əsasən ticarət və investisiya istiqamətində olub, eyni zamanda, Yaxın Şərqdəki vəziyyət də diqqət mərkəzində saxlanılıb. Görüşdə “Tesla” və “Apple” də daxil olmaqla, ABŞ-ın bir neçə böyük şirkətinin rəhbərləri də iştirak edib. Məlumatlara görə, danışıqlar iki saatdan bir qədər çox davam edib.
Tramp Tayvanla bağlı suala cavab verməyib
Bununla belə, görüşdə ciddi fikir ayrılıqları barədə məsələlərə də toxunulub. Çin lideri Si Cinpin Donald Trampa Tayvanla bağlı fikir ayrılıqlarının münasibətləri təhlükəli bir yola yönəldə və hətta münaqişəyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. “Reuters” agentliyi xəbər verir ki, Çin liderinin Tayvanla bağlı açıqlamaları dostcasına və rahat görünən, habelə Donald Trampın bəlkə də “tarixin ən böyük zirvə görüşü” adlandırdığı danışıqlarda kəskin, lakin görünməmiş bir xəbərdarlıq olub.
ABŞ Prezidenti isə ÇXR Sədri ilə fotoşəkil çəkdirən zaman jurnalistlərin Tayvanla bağlı suallarına cavab verməyib. Liderlər fotoşəkil çəkdirmək üçün “Tiantan” məbədində dayanıblar. Bu zaman jurnalistlər görüşdə Tayvan məsələsinin müzakirə olunub-olunmadığı barədə Donald Trampa sual veriblər. Sualı cavabsız qoyan ABŞ Prezidenti üzünü çevirərək mətbuat nümayəndələrindən uzaqlaşıb.
Ümumiyyətlə, Ağ Ev rəhbərinin Çinə səfəri dünya iqtisadiyyatının iki nəhəngi arasındakı rəqabəti də yenidən gündəmə gətirib. “Euronews” telekanalı xəbər verir ki, 2017-ci ildən bəri ilk dəfə Pekinə səfər edən Trampın bu görüşü həm iqtisadi, həm də texnoloji liderlik uğrunda gedən mübarizənin kəskinləşdiyi bir dövrə təsadüf edir. Hazırkı rəqəmlər hər iki ölkənin qlobal gücünü fərqli tərəflərdən nümayiş etdirir. Belə ki, 2026-cı il proqnozlarına görə, ABŞ-ın iqtisadiyyatı 30 trilyon ABŞ dolları, Çinin iqtisadiyyatı isə 20 trilyon ABŞ dolları keçəcək. Çin iqtisadiyyatı 2017-ci ildən bəri orta hesabla 5,48 faiz böyüyərək, ABŞ-dan (2,5 faiz) iki dəfə daha sürətli inkişaf edir. Adambaşına düşən gəlirdə ABŞ 94 min ABŞ dolları ilə Çini (15 min ABŞ dolları) xeyli qabaqlayır.
Səfərdə Trampı İlon Mask (“Tesla”), Tim Kuk (“Apple”) və Censen Huanq (“Nvidia”) kimi texnologiya nəhəngləri müşayiət edir. Hər iki ölkə müdafiə sahəsinə kifayət qədər böyük vəsait ayırır. ABŞ-ınn illik hərbi büdcəsi 1 trilyon ABŞ dolları keçdiyi halda, Çinin müdafiə xərcləri 336 milyard ABŞ dolları civarındadır. Çin 3,2 trilyon ABŞ dollar ilə dünyanın ən böyük valyuta ehtiyatına sahibdir və son 18 aydır fasiləsiz olaraq qızıl ehtiyatlarını artırır. ABŞ isə dolların qlobal ticarətdəki hakim mövqeyindən faydalanmağa davam edir.
Si Cinpin: Ortaq maraqlarımız fikir ayrılıqlarından daha çoxdur
Görüşdə Çin Xalq Respublikasının Sədri Si Cinpin 2026-cı ilin Çin-ABŞ münasibətləri üçün tarixi və əlamətdar il olacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, Çin və ABŞ zamanın suallarına birgə cavab verməlidirlər. “Çinin və ABŞ-ın ortaq maraqları fikir ayrılıqlarından daha çoxdur”, - deyən Çin lideri əlavə edib ki, tərəflərin birinin uğuru digəri üçün fürsətdir, sabit ikitərəfli münasibətlər isə dünya üçün yaxşıdır. O qeyd edib ki, Çin və ABŞ rəqib deyil, tərəfdaş olmalıdır:”İki ölkə bir-birinə uğur qazanmaqda və inkişafda kömək etməli, eləcə də yeni dövrdə bir-biri ilə yaxşı yola getməsi üçün düzgün istiqamət tapmalıdır”.
Görüşdə Donald Tramp isə deyib ki, ABŞ-ın və Çinin birlikdə “fantastik” gələcəyi olacaq. O, Cinpini əla lider adlandırıb. Tramp amerikalı iş adamlarının Çinlə ticarət etməyini və biznes qurmağı səbirsizliklə gözlədiklərini bildirib. “Bunun bəlkə də indiyə qədər ən böyük zirvə görüşü olduğunu deyənlər var. Sizin dostunuz olmaq şərəfdir. Çin və ABŞ arasında münasibətlər hər zamankından daha yaxşı olacaq”, - deyə Tramp əlavə edib. O, Vaşinqtonun Çinlə ticarəti qarşılıqlı prinsip əsasında aparmaq niyyətində olduğunu bildirib. Tramp qeyd edib ki, Çinə səfər edən nümayəndə heyətinin tərkibinə Amerikanın iri şirkətlərinin rəhbərləri də daxildir: “Dünyanın ən yaxşı 30 şirkətinə müraciət etdik. Onlar sizə və Çinə hörmət göstərmək üçün buradadırlar, ticarət etməyə və bizneslə məşğul olmağa can atırlar”. ABŞ lideri həmçinin əlavə edib ki, danışıqlardan əhəmiyyətli nəticələr gözləyir.
Səfər dünya enerji bazarına təsir edə bilər
Beynəlxalq ekspertlər ABŞ Prezidenti Donold Trampın Çinə səfəri zamanı qarşılıqlı əməkdaşlıq əlaqələrinin müzakirə olunması ilə yanaşı Hörmüz boğazının bağlı qalması və onun dünya iqtisadiyyatına təsirlərinin xüsusi diqqət mərkəzində olduğunu düşünürlər. Londonun ICE birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,51 dollar artaraq 106,14 dollar olub. Nyu-Yorkun birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,52 dollar artaraq 101,54 dollar təşkil edib. Azərbaycanın “Azeri Light” markalı neftinin bir barelinin qiyməti isə 0,41 dollar və ya 0,4 faiz azalaraq 115,52 dollar olub.
“Bloomberg” yazır ki, Hörmüzün bağlı qalması dünya enerji bazarını o qədər həssas vəziyyətə salıb ki, tərəflərdən hər hansı birinin “sərt bəyanatı” neftin qiymətinin artıb və ya azalmasına səbəb olur.Dünya bazarında neftin qiymətinin növbəti artım dalğası gözlənilir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, rəsmi Vaşinqton Rusiyaya neft ixracı üçün tətbiq etdiyi sanksiyanı mayın 16-na kimi aradan qaldırıb. ABŞ Prezidenti Konqresin qərarından asılı olmayaraq bu addımı ataraq Rusiyanın Ukraynaya qarşı mövqeyini yumşaltmağa çalışırdı. Lakin rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik baş vermədi. Əksinə, Rusiya gündə təxminən 1,5 milyon barel neft sataraq müharibəni davam etmək üçün vəsait əldə etdi. Lakin Rusiya neftinin əsas alıcısı olan Hindistan ABŞ-ın sanksiyalarının davam edəcəyi təqdirdə Rusiya neftindən imtina etmək məcburiyyətində qalacaq.Hindistanın “Indian Oil Corp” və “Bharat Petroleum Corp” şirkətləri Rusiyadan gündə 2 milyon barel neft alırdılar. Bu şirkətlər artıq Qərbi Afrika ölkələri və ABŞ ilə razılıq əldə ediblər.
Bu arada ABŞ Prezidentinin Çin səfərini təhlil edən ABŞ mətbuatı yazır ki, əslində Rusiya ilə Ukrayna və İran ilə ABŞ arasında davam edən müharibə Çin üçün sərfəlidir. Rəsmi Pekin hər iki münaqişədən istifadə edərək olduqca ucuz qiymətə neft alır. Buna görə də Prezident Trampın Çin lideri Si Cinpin ilə danışıqları heç də asan olmayacaq. Lakin analitiklər vurğulayır ki, bu səfərin nəticələri mütləq dünya enerji bazarına təsir göstərəcək. Bu təsirin mənfi yoxsa müsbət olacağını isə zaman göstərəcək.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

