Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Vaşinqton Havana ilə barışır?

Vaşinqton Havana ilə barışır?

16.05.2026 [10:30]

ABŞ-dan Kubaya humanitar yardım təklifi...

Havana yardımı qəbul etməyə hazır olsa da, Vaşinqtonun siyasi şərtləri ilə razılaşmır

Venesuelada məqsədlərinə nail olan ABŞ-ın bölgədə növbəti hədəfi Kubadır. Lakin İranla müharibə Vaşinqtonun Kuba ilə bağlı planlarını təxirə salıb. Bununla belə, hazırda ABŞ Kuba məsələsində diplomatik danışıqlara üstünlük verir. Təsadüfi deyil ki, ABŞ hökumət təyyarəsi mayın 14-də Havana beynəlxalq hava limanından havaya qalxarkən görüntülənib. “Reuters” agentliyinin şahidlərə istinadən verdiyi məlumata görə, bu, ABŞ Prezidenti Donald Trampın Vaşinqton və Havananın danışıqlar aparmaq niyyətində olduğunu açıqlamasından bir neçə gün sonra baş verib.

Tramp niyə əsəbləşib?

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp martın 5-də bildirmişdi ki, Vaşinqton İrana qarşı hərbi əməliyyat başa çatdıqdan sonra Kubaya münasibətdə sonrakı fəaliyyət kursunun hazırlanması ilə məşğul olmaq niyyətindədir. Əvvəllər o, dəfələrlə ABŞ-ın təzyiqi altında Venesueladan ada dövlətinə neft tədarükünün dayandırılmasından sonra Kuba hökumətinin və iqtisadiyyatının süqut etməyə yaxın olduğunu iddia edib. “NBC News” telekanalı ABŞ rəsmilərinə istinadən məlumat yayıb ki, Prezident Tramp Kuba hakimiyyətinin Vaşinqtonun təzyiqinə təslim olmamasından əsəbiləşib. Qeyd olunub ki, ABŞ administrasiyası Kubaya qarşı sərt sanksiyalar tətbiq edib, vacib resursların tədarükünü məhdudlaşdırıb. Lakin Vaşinqton Kuba Prezidenti Migel Dias-Kanelin hökuməti ilə diplomatik əlaqələri davam etdirir. Eyni zamanda, “NBC News” qeyd edib ki, Kuba hökuməti “hakimiyyətdən imtina etməyə və ya əhəmiyyətli güzəştlərə getməyə hazır olduğunu göstərməyib”.

Mənbələr iddia edir ki, ABŞ administrasiyasının rəsmiləri hərbi müdaxilə olmadan belə Kuba hökumətinin ilin sonuna qədər süquta uğraya biləcəyinə inanırlar: “Ancaq Tramp belə bir müddəti qeyri-kafi hesab edir və Havanaya təzyiq göstərmək səylərinə nəzarət edən dövlət katibi Marko Rubio da daxil olmaqla, əsas rəsmilərdən narazılığını bildirib”.

Lakin son günlər Tramp Kubaya münasibətdə yumşaq açıqlamalar verir.  “Politico” qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən yazıb ki, Vaşinqton mövcud hakimiyyəti devirmək üçün Kubada hərbi əməliyyatın keçirilməsi ehtimalını istisna etmir, lakin hələlik diplomatik vasitələrə üstünlük verir. Qeyd olunub ki, ABŞ Kuba hakimiyyətindən dövlət müəssisələrinin özəlləşdirilməsi, xarici investisiyaların rolunun artırılması və ölkə vətəndaşları arasında internetə çıxışın genişləndirilməsi, həmçinin Amerika enerji daşıyıcılarının idxalı daxil olmaqla, iqtisadi islahatların həyata keçirilməsini tələb edir. Nəşrin məlumatına görə, Vaşinqton Havanaya hakimiyyətin tamamilə dəyişməsi üçün vaxt versə də, bəzi rəsmi şəxslərin dərhal istefasını istəyir.

ABŞ-Kuba danışıqları baş tutub

ABŞ-Kuba münasibətlərində uzun müddətdir davam edən gərginlik fonunda iki ölkə arasında təmaslar xüsusilə diqqəti cəlb edir. Kuba Daxili İşlər Nazirliyi Havanada qurum nümayəndəsi ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff arasında görüş keçirildiyini təsdiqləyib. Amerika nümayəndə heyətinin səfəri ABŞ hökumətinin müraciəti ilə təşkil edilib. Kuba tərəfi nümayəndə heyətinin qəbulunu və Kuba Daxili İşlər Nazirliyinin nümayəndəsi ilə danışıqlarını təsdiqləyib. Nazirlikdən bildirilib ki, görüş mayın 14-də Kuba-Amerika münasibətlərinin çətin vəziyyəti fonunda baş tutub və iki ölkə arasında siyasi dialoqun təşviq edilməsi məqsədi daşıyır. Danışıqlar zamanı Kuba tərəfi Havanadan ABŞ-ın milli təhlükəsizliyinə təhdidin olmadığını təsdiqləyən məlumatlar təqdim edib.

Nazirlik, həmçinin bəyan edib ki, Vaşinqtonun Havana ilə barışığı ABŞ-ın terrorizmi dəstəkləyən dövlətlər siyahısına daxil etmək üçün heç bir hüquqi əsası yoxdur: “Kuba terrorçu və ya ekstremist təşkilatları dəstəkləmir, maliyyələşdirmir və ya ərazisinə buraxmır. Kuba ərazisində heç bir xarici hərbi və ya kəşfiyyat bazası yoxdur. Ölkə öz ərazisindən ABŞ-a və ya hər hansı digər ölkəyə qarşı düşmənçilik fəaliyyəti üçün istifadə olunmasını dəstəkləməyib və dəstəkləməyəcək”. Bundan əlavə, görüşdən sonra tərəflər iki dövlətin təhlükəsizliyi, eləcə də regional və beynəlxalq sabitlik maraqları naminə hüquq-mühafizə orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər.

Bu arada ABŞ Dövlət Departamenti Kubaya 100 milyon dollarlıq humanitar yardım göstərməyə hazır olduğunu açıqlayıb. Dövlət Departamentinin açıqlamasında qeyd olunur ki, vəsait əhalini dəstəkləmək üçün istifadə olunacaq, Katolik Kilsəsi və digər humanitar təşkilatlarla əlaqələndirilmiş şəkildə paylanacaq. Təşəbbüs ölkə əhalisinə birbaşa humanitar dəstək göstərməyi hədəfləyir.

Rəsmi Havana isə ABŞ-ın 100 milyon dollarlıq humanitar yardım təklifini nəzərdən keçirməyə hazır olduğunu, lakin bu cür dəstəyin siyasi şərtlərlə gəlməməli olduğunu bəyan edib. Kubanın xarici işlər naziri Bruno Rodrigezin sözlərinə görə, Havana mümkün yardımın Vaşinqton tərəfindən siyasi təzyiq vasitəsi kimi istifadə olunmayacağına ümid edir: “Ümid edirik ki, bu, siyasi manevrlərdən və mühasirə altında olan insanların çətinliklərindən və əzablarından sui-istifadə etmək cəhdlərindən azad olacaq”.

N. BAYRAMLI

Paylaş:
Baxılıb: 106 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31