“Bomba paket”ləri...
03.12.2022 [11:20]
Və ya tarix təkrar olunur
Yeni dönəmdə mübarizə vasitələri aqressivləşir
Artıq bir ilinə az qalmış Rusiya ilə Ukrayna arasındakı hərbi toqquşmalar beynəlxalq münasibətlər sistemində yeni reallıqlar formalaşdırıb. Bir tərəfdə Ukraynanı dəstəkləyən Qərb dünyasının, digər tərəfdə isə Rusiyanın müttəfiqlərinin yer aldığı bu qlobal qarşıdurma hərb meydanından fərqli müstəvilərə transformasiya olunmaqdadır. Belə ki, Ukraynanı aktiv şəkildə hərbi silah-sursatla, ləvazimatla təmin edən Qərb dünyası yeni “təhdid”lə üz-üzə qalıb. Yeni sayılacaq bu “təhdid” “bomba paketi”dir...
Ukraynaya silah göndərənlərə “sirli zərf”...
Belə ki, bir neçə gün öncə Ukraynaya bağışlanan raket buraxılış qurğularını istehsal edən İspaniyanın silah şirkəti Instalaza və Madriddəki Torrejon de Ardoz aviabazasına bomba paketləri göndərilib. Xatırladaq ki, ABŞ-ın Madriddəki səfirliyinə də paket göndərildiyi bildirilmişdi. Ukraynanın İspaniyadakı Madrid səfirliyinə göndərilən və bir zabitin yaralanmasına səbəb olan bomba zərfi ilə bağlı başladılan araşdırmalar davam edərkən oxşar hadisənin başqa bir silah şirkətində də yaşandığı üzə çıxıb. İspaniya polisindən verilən açıqlamada Saraqosa şəhərində Ukraynanı C90 reaktiv yaylım atəş sistemini təmin edən silah şirkətinin Instalaza-ya bombalı məktub göndərildiyi bildirilib. Zərf açılmazdan əvvəl təhlükəsizlik qüvvələrinə məlumat verilir, Ukraynanın Madrid səfirliyinə göndərilən əl istehsalına bənzər bombanın olduğu bildirilib. Bombanın nəzarətli şəkildə partladıldığı və xəsarət alan olmadığı deyilib. İspaniya Müdafiə Nazirliyindən verilən açıqlamada, Torrejon de Ardoz Hərbi Hava Qüvvələri bazasında yerləşən Avropa Birliyinin Peyk Mərkəzinə partlayıcı maddənin olduğu şübhəli bir paketin göndərildiyi bildirilib. Qeyd edilib ki, bağlama rentgen aparatı ilə skan edildikdən sonra içərisində “mexanizm” olduğu müəyyən olunub. Bildirilib ki, aviabazaya gücləndirici təhlükəsizlik qüvvələri yerləşdirilib.
Tarixin bütün dönəmlərində sui-qəsdlər, terror aktları fərqli mexanizmlərlə həyata keçirilib. Məsələn, bu mənada orta əsrlərdə zəhərli məktublardan daha geniş istifadə olunurdu ki, bu metoda yaxın keçmişimizdə də rast gəlmişik. Məsələn, Rusiya Federal Təhlükəsizlik Xidmətinin polkovnik-leytenantı rütbəsi ilə istefaya çıxdıqdan sonra Putin hakimiyyətinin ən fəal tənqidçisinə çevrilən Aleksandr Litvinenkonun ölümündə hələ də bir sıra qaranlıq şübhələr var. Xatırladaq ki, 2000-ci ildə təqiblərdən qurtulmaq üçün Böyük Britaniyaya mühacirət edən keçmiş zabit “FTX Rusiyanı partladır” adlı kitab yazmışdı və 1990-cı illərin sonunda Rusiyanı bürüyən terror aktlarını məhz Federal Təhlükəsizlik Xidmətinin törətdiyini bildirmişdi. 2006-cı il noyabrın 1-də Londonda görüşdüyü dostu, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Aleksey Luqovoy tərəfindən zəhərlənən Litvinenko noyabrın 23-də London xəstəxanalarından birində vəfat etmişdi. Onun ölümünə isə “Polonium-210” elementi səbəb kimi göstərildi. Bu element, adətən, nüvə yanacağının hazırlanmasında istifadə olunur və çox güclü şüalanma təsirinə malikdir.
Ötən ay isə Konqo Demokratik Respublikasının (KDR) prezidenti Feliks Çisekedinin sianidlə zəhərlənməsinə cəhd edilib. Prezidentə ünvanlanmış məktub poçt vasitəsilə noyabrın 12-də dövlət başçısının Kinşasa şəhərindəki ofisinə çatdırılıb. Zərfdə olan dəliklər mühafizə xidmətinin diqqətini çəkib. Məktub ekspertizaya təqdim edilib və orada sianid birləşmələrindən birinin - güclü zəhərin izləri aşkar edilib. Zərfdə bir səhifə mətn və bir qəzet olub. Konqo kəşfiyyat orqanları məktubun Fransada yerləşən beynəlxalq təşkilat tərəfindən göndərildiyini müəyyən edib.
Bəli, tarix təkrarlanır. Yeni gündəm, yeni nizam siyasi və ya hərbi mübarizə vasitələrini aqressivləşdirir. Bu aqressiya isə özünü daha qəliz, daha mücərrəd formalarda biruzə verməkdədir. Sözügedən aqressiya qarşı tərəfə təhdid yaratmaqla yanaşı, bəzi nüansları da ortaya çıxarır. İndiyə qədər sui-qəsdlər və ya terror cəhdləri aşkar hədəflərə qarşı həyata keçirilirdisə, indiki dönəmdə ziyan çəkəcək şəxsin və ya toplumun kimliyi əhəmiyyət daşımır. Başqa sözlə, “zəhərli paketlər” və ya “bomba paketi” qurbanlarının kimlər olacağı “sifarişçi” üçün maraqlı deyil. Hətta onlar günahsız olsalar belə...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54

