Şuşaya qayıdırıq
13.10.2022 [10:18]
Gələn ilin sonunda Şuşada 2500 insan yaşayacaq
Vətən müharibəsində əldə etdiyimiz parlaq Qələbədən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə yüksək səviyyəli abadlıq-bərpa-quruculuq işlərinə başlanıldı. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, tarixi torpaqlarımızda vətəndaşlar üçün bütün şəraitin yaradılması istiqamətində ardıcıl, sürətli işlər həyata keçirilməkdədir. Görülən işlərin uğurlu nəticəsi olaraq bu gün Böyük Qayıdış prosesinin çox yaxın zamanda başa çatacağını əminliklə söyləyə bilərik. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr barədə mütəmadi olaraq məlumatlar verilir. Ötən həftə keçirilən Milli Şəhərsalma Forumunda da Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bu barədə danışıb. A.Kərimov bildirib ki, Şuşada gələn ilin sonundan 2 500 insan yaşayacaq: “Əhalinin qayıdışına hazır olmalıyıq. Gələn ildən biz sosial və turizm sektorunda məşğulluq üçün çalışacağıq. Şuşanın iqtisadi cəhətdən xüsusi profili var. Şuşada əsas məqsədimiz turizmdir”.
Bu arada qeyd edək ki, Şuşa şəhərində inşa olunacaq yaşayış kompleksinin daha 15 binasının tikintisinə, abadlaşdırılmasına və əlavə texniki qurğuların inşasına dair Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin elan etdiyi açıq tenderin qalibi müəyyən edilib.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən verilən məlumata görə, ümumilikdə 9 şirkətin təqdim etdiyi təklifləri tender komissiyasının üzvləri qiymətləndirib və komissiyanın qərarı ilə “ARCHİCO” MMC qalib elan olunub. Tender şərtlərinə görə, şirkət avtodayanacaqla birgə, 3-5 mərtəbə olmaqla 15 yaşayış binası tikəcək, həmçinin tikinti başa çatdıqdan sonra binaların 24 aylıq istismarına zəmanət verəcək.
Şuşa şəhərinin Baş planına uyğun olaraq ümumilikdə 23 binadan ibarət yaşayış massivinin inşası həyata keçirilir. Binalar müasir görüntülü və yerli hava şəraitinin tələblərinə uyğun olaraq tikilməkdədir.
“44 günlük Vətən müharibəmiz zəfərlə başa çatdıqdan sonra işğaldan azad olunmuş rayonların müvafiq icra orqanlarına bu istiqamətdə lazımi tapşırıqlar verilib. O cümlədən, Şuşa İcra Hakimiyyətində artıq 2 ilə yaxın bir müddətdir ki, əhalinin yenidən siyahıya alınması, ailə tərkibinin, ünvanın və digər məlumatların dəqiqləşdirilməsi istiqamətlərində işlər görülür”.
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov səsləndirib.
Müharibə dövründən sonra Prezident İlham Əliyevin birbaşa rəhbərliyi altında Şuşada çox uğurlu bərpa-quruculuq, tikinti işlərinin getdiyini deyən E.Məmmədov qeyd edib ki, əhalinin köçürülməsi istiqamətində bütün tədbirlər yüksək səviyyədə icra olunur: “Yol məsələsi, əsas olan təhlükəsizlik məsələsi, yaşayış üçün lazım olan digər bütün infrastrukturun yaradılması həyata keçirilir. Eyni zamanda, köçürüləcək əhalinin işlə təmin olunması üçün bütün tədbirlər nəzərdən keçirilir. Həmin vətəndaşların əmək qabiliyyətli olub-olmamaları, onların işlə təmin olunması üçün lazımi iş yerlərinin yaradılması, açılması məsələləri araşdırılır. Eyni zamanda, köçürüləcək ailələrdə məktəbyaşlı, baxçayaşlı uşaqların hesabatının aparılması, onlar üçün məktəb və baxça təminatlarının yaradılması üçün də tədbirlər görülür”.
“Bununla da, gələn il gözəl Şuşamıza bu qayda ilə, təbii ki, ciddi nəzarət altında vətəndaşların köçürülməsi prosesi həyata keçiriləcək”, - deyə E.Məmmədov fikirlərinə yekun vurub.
Nicat PAŞA
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09

