Azərbaycan-Çin münasibətləri hərtərəfli məzmuna malikdir
16.07.2026 [10:15]
Prezident İlham Əliyev: Birgə Bəyanatın imzalanmasından sonra bütün sahələrin hamısında qarşılıqlı fəaliyyətin əhəmiyyətli dərəcədə fəallaşması müşahidə olunub
Azərbaycan ilə Çin arasında inkişaf edən ikitərəfli münasibətlər son illərdə qarşılıqlı etimad, strateji tərəfdaşlıq və ortaq iqtisadi maraqlar əsasında yeni mərhələyə yüksəlib. Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi və geoiqtisadi proseslərin sürətlə dəyişdiyi bir dövrdə hər iki ölkə əməkdaşlığın dayanıqlı inkişafını təmin edən istiqamətlərə xüsusi önəm verir. Bu baxımdan ticarət, nəqliyyat-logistika, investisiya, enerji, rəqəmsal iqtisadiyyat və humanitar sahələr üzrə genişlənən əməkdaşlıq Azərbaycan-Çin əlaqələrinin məzmununu daha da zənginləşdirir.
Xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin aprelində Çinə reallaşan səfəri və bu səfər zamanı hərtərəfli strateji ələqələrin qurulması ilə bağlı Birgə bəyanatın imzalanması münasibətlərin inkişafına xüsusi təkan verib. Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında bildirib ki, keçən il Çin Xalq Respublikasına dövlət səfərindən və hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanmasından sonra bütün sahələrin, - siyasi, iqtisadi, nəqliyyat, - hamısında qarşılıqlı fəaliyyətin əhəmiyyətli dərəcədə fəallaşması müşahidə olunub: “Biz buna çox şadıq və böyük əhəmiyyət veririk. Bu gün Azərbaycanda daha çox Çin şirkəti var. Onlardan bəziləri artıq böyük investisiyalar qoyur, digərləri isə müxtəlif infrastruktur layihələrində iştirak edir”.
Azərbaycanda quraşdırılan bütün Günəş panelləri Çin mənşəlidir
Qeyd edək ki, Çin Azərbaycanda bərpa olunan enerji sahəsində aktiv iştirak edir - Azərbaycan Prezidentinin Çinə səfərləri zamanı bu amil ön plana çıxıb. Qeyd edək ki, ötən ilin aprelində Prezident İlham Əliyevin Çinə səfəri zamanı bərpa olunan enerji sahəsində əməkdaşlığa dair 6 sənəd imzalanıb. Bu sənədlər ümumilikdə 260 MVt gücündə günəş elektrik stansiyaları, 100 MVt-lıq üzən günəş elektrik stansiyası, 30 MVt gücündə batareya enerji saxlanc sistemi, dənizdə minimum 2 QVt gücündə külək elektrik stansiyasının inşası, daha 2 MVt gücündə külək enerjisi layihəsinin inkişafı, eləcə də bərpa olunan enerji və elektrik enerji sisteminin planlaşdırılması üzrə əməkdaşlığı əhatə edir. Dövlət başçısı qeyd edib ki, Azərbaycanda Günəş enerjisinin inkişafı üzrə çoxsaylı layihələr həyata keçirilir: “Çin şirkətləri bu sektora yalnız bu yaxınlarda investisiya qoymağa başlasalar da, Çindən kənar şirkətlərlə müqavilələr çərçivəsində Azərbaycanda quraşdırılan bütün Günəş panelləri Çin mənşəlidir. Bu o deməkdir ki, investordan asılı olmayaraq, Azərbaycanda gördüyünüz istənilən Günəş paneli Çində istehsal olunur. Belə olan halda, heç bir başqa ölkə qiymət və keyfiyyət baxımından Çin istehsalçıları ilə rəqabət apara bilməz. Yəqin təsadüfi deyil ki, hazırda Çin şirkəti tərəfindən Azərbaycanda işləyəcək və ixrac ediləcək Günəş paneli zavodunun tikintisi üçün böyük bir investisiya layihəsi həyata keçirilir”.
Hərbi-texniki təminat sahəsində əməkdaşlığı inkişaf etdirməkdə çox maraqlıyıq
Əlaqələr həm də müdafiə sənayesi sahəsini əhatə edir. Prezident İlham Əliyevin Pekinə dövlət səfəri zamanı imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın, hərbi sahə daxil olmaqla 20-dən çox sənədin imzalanması tərəfdaşlığın deklarativ xarakter daşımadığını, konkret öhdəliklər və fəaliyyət planları ilə təmin edildiyini ortaya qoydu. Bu sənədlər paketi, əslində, sonrakı bütün hərbi əməkdaşlıq fəaliyyətlərinin, o cümlədən 2026-cı ilin aprelindəki işçi görüşün hüquqi və institusional əsasını təşkil etdi. Bu strateji çərçivə daxilində əməkdaşlığın texniki ölçüsü xüsusi diqqətə layiqdir, çünki Azərbaycanın Çindən əldə etdiyi hərbi platformalar ölkənin müdafiə qabiliyyətini fundamental şəkildə dəyişdirmək potensialına malikdir. Bu baxımdan ən əhəmiyyətli addım HQ-9BE uzaqmənzilli hava hücumundan müdafiə raket kompleksinin əldə edilməsidir. Azərbaycan bu müasir Çin istehsalı sistemi arsenalına qatan dünyada dördüncü ölkə olmaqla, Hava Hücumundan Müdafiə qabiliyyətini keyfiyyətcə tamamilə yeni səviyyəyə qaldırdı.
Azərbaycan-Çin hərbi əməkdaşlığının ən uzunmüddətli və ən transformativ aspekti həm də texnologiya transferi və birgə istehsal istiqamətidir. Tərəflər arasında müzakirə edilən əməkdaşlıq modelində silahların sadəcə idxalı deyil, onların müəyyən komponentlərinin Azərbaycan ərazisində yığılması nəzərdə tutulur. CPMIEC (China Precision Machinery Import-Export Corporation) kimi Çinin aparıcı dövlət müdafiə şirkətləri ilə birgə hərbi-texniki müəssisələrin qurulması məsələsinin prioritet elan edilməsi bu strategiyanın konkret institusional formada həyata keçirilməsi deməkdir. Dövlət başçısı IV Şuşa Qlobal Media Forumunun açılışında deyib ki, bu gün Azərbaycanda daha çox Çin şirkəti var. Onlardan bəziləri artıq böyük investisiyalar qoyur, digərləri isə müxtəlif infrastruktur layihələrində iştirak edir: “Dövlət səfərim zamanı Çinin bir çox aparıcı şirkətinin rəhbərliyi ilə görüşdüm və məmnunam ki, onların Azərbaycandakı fəaliyyətləri artıq öz nəticələrini verir, həm də çox səmərəli, sürətli və çox yüksək keyfiyyətlə işləyir. Biz, həmçinin qarşılıqlı fəaliyyətin yeni bir fəslini - müdafiə sahəsində əməkdaşlığı açdıq. Azərbaycan artıq müəyyən hərbi məhsullar əldə edib, onlardan bəziləri Qələbəmizin beşinci ildönümünə həsr olunmuş paradda nümayiş etdirilib, bəziləri hələ yoldadır, digərləri isə hələ də müzakirə mərhələsindədir. Buna görə də biz hərbi-texniki təminat sahəsində əməkdaşlığı inkişaf etdirməkdə çox maraqlıyıq”.
Çindən Azərbaycan vasitəsilə və Azərbaycana daşınan yüklərin həcmi artır
İki ölkə arasında əlaqələrdən danışarkən, müasir qlobal iqtisadi münasibətlər sisteminin ən mühüm ştrixlərindən biri, Şərq-Qərb əməkdaşlıq xətti xüsusilə diqqəti cəlb edir. Yeni iqtisadi nizamın ən strateji məqamlarından olan Şərq-Qərb dəhlizi üzrə əlaqələr Bakı-Pekin münasibətlərinə xüsusi rəngarənglik qatır. Ötən ilin aprelində iki ölkə arasında imzalanan hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat bu əməkədaşlığın istiqamətlərini tam şəkildə özündə əks etdirir. Vurğulamaq lazımdır ki, Orta Dəhlizin inkişafına xüsusi həssaslıqla yanaşan Çinin Azərbaycana münasibətdə strateji tərəfdaş yanaşması ölkəmizə həm siyasi həm də iqtisadi üstünlüklər vəd edir. Paralel olaraq iki ölkə bu əlaqələrin şaxələndirilməsi istiqamətində davamlı işlər görürlər. Çin Xalq Respublikası hazırda Xəzər dənizinə, Qırğızıstan və Özbəkistan vasitəsilə daha bir dəmir yolunun tikintisini maliyyələşdirir. Bu isə o deməkdir ki, Xəzər dənizinə və nəticə etibarı ilə Azərbaycana yükdaşımaların həcmi artacaq. Bəli, Azərbaycanın təşəbbüskarı və fəal iştirakçısı olduğu Orta Dəhliz layihəsi Çin ilə Avropa arasında yükdaşımaların daha təhlükəsiz, sürətli və səmərəli marşrut üzrə həyata keçirilməsinə mühüm töhfə verir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və tranzit imkanları ölkəni bu marşrutun əsas həlqələrindən birinə çevirib. Çin üçün isə Orta Dəhliz tədarük zəncirlərinin şaxələndirilməsi və Avrasiya məkanında iqtisadi əlaqələrin genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Prezident IV Şuşa Qlobal Media Forumunun açılışında deyib ki, Çindən Azərbaycan vasitəsilə və Azərbaycana daşınan yüklərin həcmi artır: “Artıq qeyd etmişəm ki, biz ticarət limanımızın gücünü demək olar ki, ikiqat artırırıq və əsasən, Çindən, həmçinin Mərkəzi Asiya ölkələrindən gələn yeni yükdaşımaların həcmlərinə güvənirik. Buna görə də burada qarşılıqlı münasibətlərin çox yaxşı tarixi, həmçinin bu dəhliz boyunca yerləşən bir çox ölkə ilə çoxtərəfli əməkdaşlıq mövcuddur”.
Orta Dəhliz strateji təhlükəsizlik baxımından ön plana çıxır
Sirr deyil ki, ABŞ-İran münasibətlərində davam edən gərginlik və Rusiya-Ukrayna müharibəsinin yaratdığı geosiyasi qeyri-müəyyənlik Avrasiya məkanında ənənəvi nəqliyyat və ticarət marşrutlarının etibarlılığına ciddi təsir göstərib. Mövcud şəraitdə dövlətlər və beynəlxalq şirkətlər yüklərin daha təhlükəsiz, sabit və qısa müddətdə daşınmasını təmin edən alternativ marşrutlara üstünlük verməyə başlayıblar. Bu kontekstdə Xəzər dənizi üzərindən Orta Dəhlizin strateji əhəmiyyəti daha da artıb. Dəhliz həm Şərqlə Qərb arasında ticarətin fasiləsiz davam etməsinə imkan yaradır, həm də qlobal təchizat zəncirlərinin şaxələndirilməsinə töhfə verir. Azərbaycanın müasir nəqliyyat infrastrukturu, liman və dəmir yolu imkanları Orta Dəhlizi regionun ən perspektivli tranzit marşrutlarından birinə çevirib. Beləliklə, mövcud geosiyasi qarşıdurmalar fonunda Orta Dəhliz yalnız iqtisadi deyil, həm də strateji təhlükəsizlik baxımından beynəlxalq əhəmiyyət qazanan nəqliyyat xətti kimi ön plana çıxır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxHadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50

