Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ ordusu sutka ərzində İrana qarşı ikinci zərbə dalğasını başa çatdırıb

ABŞ ordusu sutka ərzində İrana qarşı ikinci zərbə dalğasını başa çatdırıb

16.07.2026 [07:13]

ABŞ Silahlı Qüvvələri sutka ərzində İrana qarşı həyata keçirdiyi ikinci zərbə dalğasını başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, əməliyyat ABŞ-nin Şərq sahili vaxtı ilə iyulun 15-də saat 21:00-da (Bakı vaxtı ilə iyulun 16-da saat 05:00-da) başa çatıb.

Məlumata görə, ABŞ qüvvələri İranın komanda idarəetmə mərkəzlərinə, hava hücumundan müdafiə (HHM) sistemlərinin, raket və pilotsuz uçuş aparatlarının yerləşdiyi mövqelərə, eləcə də sahilboyu müşahidə məntəqələrinə yüksək dəqiqlikli sursatlarla zərbələr endirib.

CENTCOM-un açıqlamasında qeyd olunur ki, zərbələr, o cümlədən İranın Bəndər-Abbas şəhərinə də endirilib.

Paylaş:
Baxılıb: 378 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Sosial

Gündəm

Bişkek görüşü...

02 Sentyabr 11:36  

İqtisadiyyat

Gündəm

Siyasət

İqtisadiyyat

Sosial

Hadisə

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30