Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Avropa İttifaqı müdafiə innovasiyalarına 115 milyon avro ayırır

Avropa İttifaqı müdafiə innovasiyalarına 115 milyon avro ayırır

16.07.2026 [13:18]

Avropa İttifaqı (Aİ) Şurası və Avropa Parlamenti müdafiə sahəsində çevik və sürətli innovasiyaların dəstəklənməsini nəzərdə tutan AGILE proqramının yaradılması barədə siyasi razılıq əldə edib.

AZƏRTAC xəbər verir ki, 115 milyon avro büdcəsi olan yeni maliyyə aləti kiçik və orta müəssisələrə, o cümlədən startap və inkişaf mərhələsində olan innovativ şirkətlərə yeni və qabaqcıl müdafiə texnologiyalarının hazırlanması üçün operativ dəstək göstərəcək. Proqram prototiplərin real istifadəyə keçidini sürətləndirməyi, sürətli qrant mexanizmləri, sınaq və sertifikatlaşdırma imkanları təqdim etməyi nəzərdə tutur.

Razılaşmaya əsasən, maliyyələşdirmə qərarlarının dörd ay ərzində qəbul edilməsi, kiçik şirkətlərlə iri müdafiə sənayesi müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, həmçinin məhsulların bazara çıxarılması üçün sınaq infrastrukturlarına sürətli çıxış təmin ediləcək. AGILE çərçivəsində mülki texnologiyaların müdafiə məqsədləri üçün uyğunlaşdırılması da dəstəklənəcək. Yeni proqramın 2027-ci ilin əvvəlindən fəaliyyətə başlaması planlaşdırılır.

Paylaş:
Baxılıb: 216 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

YAP xəbərləri

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31