Fərruxda erməni vəhşiliyi...
05.04.2022 [10:19]
Tural Gəncəliyev: Bu barədə faktlar beynəlxalq məhkəmələrə çıxarılmalıdır
Nardar BAYRAMLI
Vətən müharibəsində əldə edilmiş qələbədən sonra işğaldan azad edilmiş ərazilərində Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən edilməsi işləri davam etdirilir. Martın 28-də Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb. Adı çəkilən yüksəklik uğrunda Birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyini və Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini nəzərə alaraq, tapılan meyit qalıqlarının şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir. Tapılmış meyit qalıqları ərazidən götürülərək müvafiq ekspertizanın aparılması üçün aidiyyəti üzrə təhvil verilib. Fərrux yüksəkliyində tapılan insan qalıqlarının ekshumasiyası aparılacaq.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınıb. Eyni zamanda, Dövlət Komissiyasında toplanmış məlumatlara əsasən, Fərrux yüksəkliyinin yaxınlığında yerləşən, Xocalı rayonunun Pirlər kəndində 46 nəfər, Ağdam rayonunun Əliağalı kəndində 11 nəfər Azərbaycan hərbçisi itkin düşüb.
Məsələ ilə bağlı “Yeni Azərbaycan”a danışan “Qarabağa dönüş” ictimai birliyinin sədri, millət vəkili Tural Gəncəliyevin fikrincə, Xocalı rayonunun Fərrux kəndi ərazisində insan qalıqlarının aşkar edilməsi göstərir ki, Azərbaycana qarşı soyqırımı cinayətləri, olmazın müsibətlər törətmək Ermənistanın dövlət ideologiyasının nüvəsini təşkil edir. O qeyd edib ki, Fərrux yüksəkliyi istiqamətində azərbaycanlıların qalıqlarının tapılmasını bütün dünyaya çatdırmalıyıq: “Bunu Ermənistanın terrorçu dövlət kimi mahiyyətinin ifşasında, Ermənistan dövlətinin və onun Azərbaycan xalqına qarşı cinayət törətmiş rəhbərliyinin məsuliyyətə cəlb olunmasında istifadə etməliyik. Azərbaycan Ermənistana qarşı beynəlxalq məhkəmələr kontekstində sübutlar irəli sürüb, xeyrimizə qərarlar da qəbul edilib. Bu faktları həmin məhkəmələrə təqdim edə bilərik. Yenidən Ermənistanın və azərbaycanlılara qarşı soyqırımı törətmiş ermənilərin fərdi cinayət məsuliyyətinə cəlb edilməsinə nail ola bilərik. Keçmiş prezidentlər - Serj Sarkisyan, Robert Koçaryan, Qarabağdakı cinayətkar terrorçu dəstələrin tör-töküntüləri və onlara rəhbərlik edən Arayik Arutyunyan, Vitali Balasanyan, David Babayan və digər quldurlar cəzalandırılmalıdırlar”.
Millət vəkilinin sözlərinə görə, Birinci Qarabağ müharibəsində qətlə yetirilmiş hərbçilərimizin, itkin düşən şəxslərin qalıqları təkcə Fərrux kəndində deyil, bütün Qarabağ ərazisində aşkarlana bilər: “Əminəm ki, Qarabağ ərazisində yenə bu cür faktların şahidi olacağıq. Birinci Qarabağ müharibəsindən sonra 4 min Azərbaycan vətəndaşından heç bir məlumat alınmayıb, Ermənistan tərəfindən taleyi açıqlanmayıb və itkin siyahısına daxil edilib. Böyük ehtimalla onlar ermənilər tərəfindən qətlə yetirilib, kütləvi məzarlıqlarda dəfn olunublar. Biz bu faktları aşkara çıxarmalı, araşdırmalı, Ermənistanın ifşasında istifadə etməliyik”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30

