Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Yaponiyada ölümcül gənə virusunu bir neçə saata aşkar edən test hazırlanır

Yaponiyada ölümcül gənə virusunu bir neçə saata aşkar edən test hazırlanır

12.06.2026 [22:17]

Yaponiyalı alimlər gənələr tərəfindən yayılan, ağır qızdırma və trombositopeniya sindromu olan SFTS virusunu qısa müddətdə aşkar etməyə imkan verən yeni diaqnostik test hazırlayırlar.

AZƏRTAC Yaponiyanın Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, Osaka Universitetinin tədqiqatçıları tərəfindən hazırlanan test mövcud PCR müayinələrindən fərqli olaraq nəticələri eyni gün ərzində əldə etməyə imkan verəcək. Test hamiləlik və qrip testlərində istifadə olunan immunoxromatoqrafik üsula əsaslanır.

Mütəxəssislərin məlumatına görə, ölüm göstəricisi 10-30 faiz arasında dəyişən SFTS virusu Yaponiyada geniş yayılıb. Son günlərdə xəstəliyə ölkənin fərqli regionlarında da rast gəlinib.

Tədqiqatçılar yeni diaqnostik dəstin 1-2 il ərzində istifadəyə hazır olacağını bildirirlər. Osaka Universiteti eyni zamanda SFTS virusuna qarşı peyvənd hazırlanması üzərində də çalışır.

Paylaş:
Baxılıb: 418 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31