Xəzər rayonunda “Qurtuluşun memarlıq izi” adlı tədbir keçirilib
13.06.2026 [16:21]
Xəzər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşun memarlıq izi” mövzusunda birgə tədbir keçirib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin İntizam komissiyasının sədri, millət vəkili Eldar İbrahimov, YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə, YAP İdarə Heyətinin üzvü Rauf Əliyev, RİH başçısının müavinləri, RİH başçısı Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının həmçinin, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və qazilər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak edib.
İlk olaraq tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri qoyublar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Öncə Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərini əks etdirən sənədli film nümayiş olunub.
Sonra rəsmi çıxışlar dinlənilib. Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək bildirib ki, 15 İyun 1993-cü il Azərbaycan tarixində dönüş nöqtəsi olmaqla ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında, ictimai-siyasi sabitliyin təmin edilməsində və dövlət quruculuğunun möhkəmləndirilməsində mühüm rol oynayıb. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan inkişaf və tərəqqi yoluna qədəm qoyub.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının yaddaşında dövlətçiliyin xilası, milli birliyin təntənəsi və müstəqilliyin qorunmasının rəmzi kimi yaşayır. 15 İyun 1993-cü ildə əsası qoyulan siyasi sabitlik və inkişaf kursu ölkəmizin müasir uğurlarının təməlini təşkil edir. Bu gün Azərbaycan tam bərpa olunmuş suverenliyi, güclü iqtisadi potensialı, müasir ordusu və artan beynəlxalq nüfuzu ilə regionun aparıcı dövlətlərindən biri kimi çıxış edir. Bütün bunlar bir daha təsdiq edir ki, Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf yolu Azərbaycanın gələcəyinə işıq salan etibarlı siyasi xətt olaraq qalır. Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi ölkəmizin yeni uğurlar qazanmasına, milli maraqlarının daha etibarlı şəkildə qorunmasına və beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir.
Daha sonra Eldar İbrahimov, Dilarə Seyidzadə, Rauf Əliyev və şəhid anası Reyhan Yusifzadə çıxışlarında Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin inkişafındakı müstəsna rolundan, Ulu Öndərin siyasi irsinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs ediblər.
Natiqlər çıxışlarında vurğulayıblar ki, bu gün Azərbaycan güclü dövlət, qalib xalq kimi regionda və beynəlxalq aləmdə öz mövqeyini daha da möhkəmləndirir, əldə olunan bütün uğurların təməlində isə Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası dayanır.
Tədbirdə həmçinin YAP İdarə Heyətinin üzvü Rauf Əliyev 70 illik yubileyi və rayonun ictimai-siyasi həyatında müstəsna xidmətlərinə görə Xəzər Rayon İcra Hakimiyyətinin başçısının Fəxri Fərmanı ilə təktif olunub.
Rəsmi hissədən sonra tədbir bədii-musiqili proqramla davam edib.
Sonunda təşkilatçılar Milli Qurtuluş Gününün xalqımızın taleyində müstəsna əhəmiyyətə malik olduğunu bir daha vurğulayaraq iştirakçılara təşəkkür ediblər. Daha sonra Yeni Azərbaycan Partiyasının himni səsləndirilib və tədbir başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

