BMT Baş katibi xəbərdarlıq edib: Nifrət ritorikası sürətlə yayılır
12.06.2026 [21:25]
BMT Baş katibi Antonio Quterreş cümə axşamı günü xəbərdarlıq edərək bildirib ki, nifrət ritorikası sülh və təhlükəsizliyə ciddi və artan bir təhdiddir. O, soyqırımına və digər vəhşi cinayətlərə səbəb ola biləcək proseslərin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb.
AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, A. Quterreş BMT-nin Nyu-Yorkdakı baş qərargahında ənənəvi və yerli liderlərin sülhün təşviqində və sosial birliyin gücləndirilməsində rolunu vurğulayan Maskat Fəaliyyət Planının təqdimatında çıxış edib. O vurğulayıb: “Nifrət ritorikası icmaları bölür, bütöv qrupları insanlıqdan kənarlaşdırır və qan tökülməsinə zəmin yaradır. Bu, həm də qəsdən edilir və demək olar ki, hər bir soyqırımı və vəhşi cinayətlər üçün əsas komponentdir”.
Baş katib bütün bu neqativ halların qarşısı almaq üçün təhsil, zorakılığa məruz qalan insanlara dəstək, hökumətlərin və texnologiya şirkətlərinin daha güclü müdaxilələri, ənənəvi və yerli liderlərlə daha dərin əlaqələr vasitəsilə tədbirlər görülməsini tələb etdiyini bildirib.
Quterreşin sözlərinə görə, bəzi liderlər yerli reallıqlar haqqında vacib biliklər gətirirlər və xalqlarının hörmət və etibarını qazanırlar. Bundan əlavə, onların səlahiyyətləri və təsirləri gərginliyin azalmasına kömək edə bilər. Bu siyasətçilərin təcrübələri mübahisələrin vasitəçiliyinin və həllinin hörmətlə qarşılanacağına, həyata keçiriləcəyinə və davam etdiriləcəyinə daha çox ehtimal yaradır.
Baş katib hesab edir ki, üzv dövlətlər qarşılıqlı anlaşma və sosial birlik yaradan dialoqu dəstəkləməlidir. Onlar, həmçinin ənənəvi və yerli liderlərə mifləri dağıtmaqla, zərərli ideologiyaları və şayiələri təkzib etməklə, zorakılığa təhrikləri pisləməklə, tolerantlığı və birgəyaşayışı təşviq etməklə nifrət dolu rəvayətlərə qarşı çıxmağa kömək etməlidir.
Onun sözlərinə görə, daha bir mühüm amil ənənəvi, yerli və siyasi aktorlar arasında daha dərin əməkdaşlıqdır. Buraya ənənəvi və yerli liderlərin yerli münaqişələrdə vasitəçilik etmək imkanlarının genişləndirilməsi, nifrət ritorikasına qarşı mübarizə və vəhşi cinayətlərin qarşısının alınması üçün yerli mexanizmlər üzrə siyasət rəhbərliyinin hazırlanması daxildir.
Baş katib bildirib ki, nifrət nitqinin və vəhşi cinayətlərin qarşısının alınması səyləri ənənəvi və yerli liderləri - din xadimlərini, gəncləri və qadınları önə çıxarmalıdır.
O, BMT Təhlükəsizlik Şurasının qadınlar, sülh və təhlükəsizlik haqqında 1325 (2000) saylı qətnaməsinə işarə edərək bildirib ki, qadınların bu proseslərdə mənalı iştirakı xüsusilə vacibdir.
Quterreş vurğulayıb ki, dövlətlər beynəlxalq hüquq çərçivəsində nifrətə təhriklərlə mübarizə aparmaq, habelə inklüzivliyi, müxtəlifliyə hörməti və həmrəyliyi təşviq etmək üçün aydın öhdəliklərə malikdir. Lakin nifrət nitqinin qarşısını almaq səyləri ifadə azadlığını söndürmək üçün istifadə edilməməlidir. “Eyni zamanda, ifadə azadlığı heç vaxt zərərli mesajlar üçün bəhanə olmamalıdır”, - deyə o əlavə edib.
O, BMT-nin nifrət ritorikası üzrə Strategiyası və Fəaliyyət Planını və informasiya bütövlüyü üzrə Qlobal Prinsipləri inkişaf etdirməyə davam etmək əzmində olduğunu ifadə edib. Quterreş bunu daha təhlükəsiz və etik rəqəmsal ekosistemə aparan yol xəritəsi adlandırıb. “Birlikdə bütün insanların layiq olduğu inklüziv, ədalətli və dinc cəmiyyətlər qura bilərik”, - deyə o bildirib.
Baş katib vurğulayıb ki, nifrət ritorikası tənzimlənməyən platformalar tərəfindən idarə olunan və süni intellektin gücləndirdiyi şəraitdə hər zaman olduğundan daha sürətlə yayılır.
Maskat Fəaliyyət Planı Oman Sultanlığı, BMT-nin Soyqırımın Qarşısının Alınması və Qoruma Məsuliyyəti Ofisi (UNOSAPG) və Dini və Ənənəvi Sülh Yaradanlar Şəbəkəsi tərəfindən idarə olunan çoxtərəfli prosesin nəticəsidir. Tədbir mədəniyyətlərarası və dinlərarası dialoq vasitəsilə dinc, inklüziv və ədalətli cəmiyyətləri təşviq edən BMT Sivilizasiyalar Alyansı (UNAOC) tərəfindən təşkil edilib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35

