Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş keçirilib

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş keçirilib

13.06.2026 [20:17]

İyunun 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri, Ulusal Birlik Partiyasının (UBP) Sədri Ünal Üstelin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikası ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında ortaq dəyərlərə və müştərək maraqlara əsaslanan əlaqələrin gücləndirilməsi istiqamətində səmərəli fəaliyyətin həyata keçirildiyi qeyd olunub.

Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” fikri xatırladılaraq Azərbaycanın türk dövlətləri arasında işbirliyinin dərinləşdirilməsinə önəmli töhfələr verdiyi vurğulanıb.

Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv statusunda qəbul olunmasında Azərbaycan Prezidentinin müstəsna rolu vurğulanaraq TDT-nin müasir beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndirilməsi istiqamətində atılan addımların strateji önəmi nəzərə çatdırılıb.

Görüş əsnasında 2023-cü ilin noyabrın 14-də Yeni Azərbaycan Partiyası, Türkiyənin Ədalət və İnkişaf Partiyası və Ulusal Birlik Partiyası arasında imzalanmış üçtərəfli Anlaşma Memorandumundan irəli gələn vəzifələrin indiyədək uğurla icra olunduğu məmnunluqla qeyd olunub.

Hakim siyasi partiyalar arasında əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə olunduğu görüşdə qarşılıqlı maraq doğuran digər bir sıra məsələlərə dair fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 65 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30