BMT elan etdi!
17.03.2022 [10:13]
15 mart islamofobiya ilə mübarizə günüdür
İslam qorxusu və bu qorxunun təsiri ilə müsəlmanlara qarşı yaranan nifrət hissinə “İslamofobiya” deyilir. “İslamofobiya” həm də əsassız mühakimə içində çırpınan insanların, aciz qalmış qara güruhların ortaya atmış olduğu bir düşüncə formasıdır.
Günel ABBAS
Azərbaycanda milli və dini azadlığın inkişafı üçün hər bir şərait yaradılmışdır. Ölkəmizdə islam və digər dini icmalar qanunvericilik çərçivəsində sərbəst qeydiyyatdan keçmək və fəaliyyət göstərmək hüququna malikdir.
Bunun əksinə olaraq, bəzi Qərbi Avropa ölkələrində (Fransa, Almaniya, Böyük Britaniya, Belçika və s.) son onillikdə islamofobiya geniş yayılıb. Bu ideologiyanın dəstəklənməsi ekstremist qüvvələrin baş qaldırması və yayılmasına zəmin yaradır. Əsas səbəblərindən biri isə bu ölkələrdə dövlət tərəfindən üstüörtülü olsa da, müvafiq siyasətin yeridilməsidir. Belə ki, son illər bir sıra Avropa ölkələrində irqi, milli və dini zəmində baş vermiş dəhşətli cinayətlər bu fikri bir daha təsdiqləyir.
Bu gün Avropa və Amerikada yaşayan müsəlmanların əksəriyyəti təhlükə altında olduqlarını qeyd edirlər. Təbii ki, bunda Qərb dünyasında nəşr edilən qəzet və jurnalların, televiziya və radio proqramlarının, eləcə də, internet vasitəsilə yayımlanan bir çox məlumatların və saytların rolu danılmazdır. KİV ilə yanaşı bir sıra təəssübkeş və tolerantlıqdan kənar siyasət adamlarının, politoloqların və ictimai xadimlərin İslamın və müsəlmanların əleyhinə edilən çıxışları da gözardı edilməməlidir. Bütün baş verən neqativ hallarla yanaşı müsəlmanların cəmiyyətdən xaric edilməsinə və onlara qarşı baş qaldıran nifrətin də səbəbləri hər kəsə məlumdur.
Əhalisinin 96%-i müsəlman olan Pakistan bu gün islamofobiya ilə mübarizə aparan ölkələrin önündə gəlir. Hətta bununla əlaqədar BMT-nin Baş Assambleyasına qətnamə layihəsi təklif edilib. Qətnamədə insan hüquqlarına və dini fərqliliklərə hörmətə əsaslanan sülh və tolerantlığın təşviqi üçün beynəlxalq səylərin artırılması tövsiyə olunub. Qətnamə müəllifləri insanların dini baxışlarına görə zorakılığa məruz qalmasını və ibadət yerlərinə hücumları pisləyiblər. Sənəddə BMT-yə üzv dövlətlər islamofobiya ilə mübarizə üçün yerli və beynəlxalq səviyyədə tədbirlər təşkil etməyə dəvət olunub. Tövsiyə xarakteri daşıyan qətnamənin lehinə Baş Assambleyanın 193 üzvü tərəfindən səs verilib. Bununla da 15 mart dünyada islamofobiya ilə mübarizə günü elan edilib.
Bu günün təsis edilməsinin islam ölkələri üçün üstünlüyünü və perspektivlərini İslam Gənclik Təşkilatının prezidenti Hammad Xanla müzakirə etdik. Hammad Xan “Yeni Azərbaycan”a açıqlamasında bildirdi ki, Pakistanın Baş naziri İmran Xan BMT Baş Assambleyasında islamofobiya ilə bağlı çıxış edərək müsəlmanların terrorla heç bir əlaqəsi olmadığı barədə bütün dünyaya açıq mesaj vermişdi: “Əvvəla qeyd edim ki, İslamın terrorla heç bir əlaqəsi yoxdur. İslam sülh dinidir, Peyğəmbərimiz Məhəmməd (s.a.s) də dünyaya sülh və qardaşlıq mesajını çatdırmışdır”.
O qeyd edib ki, martın 15-ni Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan etmək çox əhəmiyyətli və vacib addımdır: “Bu gün müsəlmanlar bütün dünyada alçaldılır. İslam Gənclər Təşkilatının prezidenti kimi uzun müddət islamofobiya üzərində işləmişəm. Sevindiricidir ki, hər il 15 mart tarixində bütün müsəlmanlar birləşəcək və heç bir dini terrorla əlaqələrinin olmaması barədə dünyaya mesaj verəcəklər. Məlumdur ki, müsəlmanlar dünyanın müxtəlif dinlərinə mənsub insanlarla yaşayırlar, buna görə də bizim gənc nəsil konfranslar keçirərək bütün dünyanı islamofobiya ilə mübarizəyə çağırmalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21

