BMT nümayəndələri Qarabağa səfər edəcək, qiymətləndirmə missiyası həyata keçiriləcək
17.02.2022 [16:49]
BMT Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva nümayəndəsi yaxın vaxtlarda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edəcək və orada qiymətləndirmə missiyası həyata keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Vladanka Andreevanın Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə bildirilib.
Spiker Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrin inkişafına önəm verdiyini bildirib: "Bu il ölkəmizin BMT-yə üzv olmasının 30 illiyi tamam olacaq: "Azərbaycan həmişə BMT-nin çox fəal üzvü olub və təşkilatın müxtəlif fəaliyyət sahələrini əhatə edən qurumları ilə müsbət əməkdaşlıq əlaqələri qurub. Azərbaycanın 155 üzv dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına 2012-2013-cü illər ərzində qeyri-daimi üzv seçilməsi ölkəmizin beynəlxalq nüfuzunu nümayiş etdirir. Bu gün Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi həm də BMT-nin təşəbbüslərini dəstəkləyir və qlobal narahatlıq doğuran məsələlər üzrə görülən işlərə öz töhfəsini verir. 2020-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təklif əsasında dövlət və hökumət başçıları səviyyəsində koronavirus (COVID-19) pandemiyası ilə mübarizə üzrə BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyasının çağırıldığını xatırladan spiker bu tədbirin əhəmiyyətini vurğulayıb.
Sahibə Qafarova qeyd edib ki, Qoşulmama Hərəkatının sədri qismində cənab İlham Əliyevin təşəbbüsü ilə 23 mart 2021-ci il tarixində BMT İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində və 16 dekabr 2021-ci il tarixində Baş Assambleyanın 76-cı sessiyası çərçivəsində plenar iclasda 179 üzv dövlətin dəstəyi ilə qəbul edilmiş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə xüsusi əhəmiyyətə malikdir.
Görüşdə Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsi və torpaqlarımızın işğaldan azad edilməsi barədə məlumat verərək bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti sayəsində ərazilərimiz Ermənistanın 30 illik işğalından azad edilib. Bununla Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını öz gücü ilə həyata keçirib. Milli Məclisin sədri deyib ki, 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatla münaqişəyə son qoyulub. Hazırda Cənubi Qafqaz regionunda tamamilə yeni şərait yaranıb. Münaqişə keçmişdə qalıb və biz işğaldan azad olunmuş ərazilərinin bərpası ilə məşğuluq. Spiker diqqətə çatdırıb ki, Ermənistanın 30 ilə yaxın davam edən işğalı nəticəsində bütün şəhərlərimiz, kəndlərimiz, maddi-mədəni, dini obyektlər tamamilə dağıdılıb. Təəssüf ki, Azərbaycanın müraciətlərinə baxmayaraq, bütün işğal dövründə YUNESKO bu ərazilərdə qiymətləndirmə aparmayıb.
Səmimi görüş üçün təşəkkürünü bildirən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Azərbaycanın BMT ilə fəal əməkdaşlığından məmnunluğunu ifadə edib. Bildirib ki, Azərbaycan BMT üçün mühüm məsələlərdə qlobal liderliyi öz üzərinə götürən vacib tərəfdaşdır.
BMT nümayəndəsi yaxın vaxtlarda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edəcəklərini və orada qiymətləndirmə missiyası həyata keçirəcəklərini diqqətə çatdırıb. O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası barədə planlarının, xüsusilə də ağıllı şəhər, ağıllı kənd layihələrinin onda böyük təəssürat yaratdığını qeyd edib.
Dayanıqlı inkişaf məqsədlərindən danışan qonaq bunun Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının bərpasında mühüm rol oynadığını diqqətə çatdırıb, ərazilərin minalardan təmizlənməsi, infrastrukturun bərpası və insanların geri qayıdışının təmin edilməsi barədə fikirlərini bölüşüb.
Vladanka Andeeva BMT və Azərbaycan arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib və bunun üçün bütün səylərini səfərbər edəcəyini vurğulayıb.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25

