120-dən çox daxili, 40-a yaxın publik arayış və hesabat...
29.12.2021 [10:14]
BMTM illik hesabatına həsr olunan mətbuat konfransı keçirilib
Nicat Dilqəmli
Dünən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) qurumun illik fəaliyyətinin yekunlarına həsr olunan mətbuat konfransı keçirilib. Mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev qurumun illik fəaliyyəti ilə bağlı qısa məlumat verib. Sonra bu il həyata keçirilən tədbirləri əks etdirən prezentasiya iştirakçılara təqdim edilib.
Hesabatda BMTM-in 2021-ci il ərzində xarici siyasət məsələləri, xüsusilə postmünaqişə dövrü və yeni əməkdaşlıq imkanlarının təhlili, Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyəti əks olunub. Fəaliyyətin əsasən qapalı və açıq hesabatların hazırlanması, yeni əməkdaşlıq əlaqələrinin qurulması, aktual mövzulara dair qapalı və açıq tədbirlərin, vebinarların keçirilməsi, xarici mediada çıxışlar və sosial mediada aktivlik istiqamətində qurulduğu diqqətə çatdırılıb. Bildirilib ki, il ərzində 120-dən çox daxili və 40-a yaxın publik arayış və hesabatlar hazırlanıb. Açıq hesabatlara dair xüsusilə “Ermənistanda azərbaycanofobiya: ermənilərin müharibədən əvvəlki və sonrakı diskursunda nifrət nitqi”, “44 günlük Qarabağ müharibəsi: Mülahizə və nəticələr”, “Ermənistanın Azərbaycana məxsus mədəni və tarixi irsi mənimsəməsi”, “Zəngəzur dəhlizinin açılmasının regional nəqliyyat və kommunikasiya xətlərinə təsiri”, “Ermənistanda PKK: PKK terrorçularının Azərbaycanla Ermənistan arasındakı müharibəyə cəlb olunması” kimi hesabatların adlarını çəkmək olar.
Hesabatda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ingilisdilli nəşri olan və ildə iki dəfə buraxılan “Caucasus Stratejic Perspective” jurnalının il üçün 1-ci sayı yayda çıxdığı qeyd olunub, ikincisinin isə tezliklə işıq üzü görəcəyi barədə məlumat verilib.
Qeyd edilib ki, bu il ərzində BMTM bir sıra kitablar və jurnallar nəşr etdirib, bəzi kitabların bölmələri Mərkəzin əməkdaşları tərəfindən yazılıb: “Bu baxımdan, Türkiyənin “Siyasət, İqtisadiyyat və Toplum Araşdırmalar Vəqfinin (SETA) hazırladığı “Dalandan çözümə: Qarabağ problemi” kitabının 3 bölməsi Beynəlxalq Münasibətlərin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Mərkəzin şöbə müdiri Cavid Vəliyev və baş məsləhətçisi Vasif Hüseynov tərəfindən yazılıb. İyunun 16-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kitabı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edib. Bununla yanaşı ADA Universiteti tərəfindən dərc edilmiş “Liberated Karabakh” (“Azad edilmiş Qarabağ”) kitabının iki yazarı BMTM-in İdarə Heyəti Sədri Fərid Şəfiyev və üzvü Gülşən Paşayevadır”.
Həmçinin o da nəzərə çatdırılıb ki, bu il F.Şəfiyevin “Rusiya - Sovet məskunlaşdırma siyasəti və Cənubi Qafqazda münaqişə” adlı kitabı, Hatəm Cabbarlının müəllifliyi ilə “Erməni dili” müstəqil tədris üçün vəsaiti, rusiyalı politoloq və tarixçi Oleq Kuznetsovun “2020-ci ildə Qarabağ uğrunda müharibə: bir il sonra” və Qafar Çaxmaqlının müəllifi olduğu “Erməni ideologiyasında irqçi motivlər” adlı kitabı işıq üzü görüb.
2021-ci ilin yanvar-dekabr aylarında BMTM əməkdaşlarının “The National Interest”, “Euractiv”, “Foreign Policy News”, “Jamesown Foundation”, “Vesti Kavkaza”, “Yeni Şafak”, “Anadolu Agentliyi”, “Eurasia Review”, “The London Post”, “The Tribune”, “Common space”, “Daily Sabah”, “Israel Hayom”, “Aljazeera” və “EUReporter” kimi nüfuzlu nəşrlərdə 116 məqaləsi dərc olunub. 40-dan çox məqalə ispan və italyandilli xarici mediada təkrar çap edilib. Məqalələr xüsusilə 44 günlük müharibədən sonra regionda vəziyyət, yaranmış iqtisadi imkanlar, COVID-19 pandemiyası, Qoşulmama Hərəkatı, enerji və digər məsələlərə həsr olunub.
İl ərzində BMTM tərəfindən 11 vebinar və 13 təqdimat, dəyirmi masa, seminar və digər tədbirlər keçirilib. Tədbirlərdən xüsusilə aprelin 11-13-də BMTM və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz üçün yeni baxış - müharibə sonrası inkişaf və əməkdaşlıq” mövzusunda 3 günlük konfransı, noyabrın 19-da Rusiya Beynəlxalq Məsələlər Şurası ilə birgə Azərbaycan-Rusiya Ekspert Şurasının ilk iclasını və vebinarlardan “İkinci Qarabağ müharibəsi və minalar” adlı tədbiri qeyd etmək olar.
Mərkəz il ərzində 8 beyin mərkəzi ilə anlaşma memorandumu imzalayıb, bununla da memorandumların sayı 30-a çatdırılıb.
Həmçinin bu müddət ərzində BMTM heyəti “TRT World”, “Aljazeera”, “A Haber”, “Anadolu Agentliyi” kimi beynəlxalq media orqanlarına və Azərbaycanda fəaliyyət göstərən media vasitələrinə 350-dən çox müsahibə verib, verilişlərə qatılıb. Mərkəz əməkdaşlarının Azərbaycan mediasında 21 məqaləsi dərc olunub.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35

