“Regional İnkişaf” İctimai Birliyinin fəaliyyətinin 5 illiyinə həsr olunan toplantı keçirilib
27.12.2021 [15:56]
Dekabrın 27-də Heydər Əliyev Mərkəzində “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) fəaliyyətinin 5 illiyi ilə əlaqədar RİİB əməkdaşlarının və könüllülərinin toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə könüllülərin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Həmçinin RİİB-in fəaliyyətindən, həyata keçirdiyi layihələrdən bəhs edən videoçarx təqdim olunub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Regional İnkişaf” İctimai Birliyinin fəaliyyətinin 5 illiyi ilə bağlı tədbir iştirakçılarına ünvanladığı təbrik məktubunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məktubunda “Regional İnkişaf” İctimai Birliyinin ötən 5 il ərzində ölkəmizin sosial həyatının demək olar bütün sahələrində fəal iştirak etdiyini bildirib. “Könüllülük xalqımıza xas olan xeyriyyəçilik ənənələrinin davam etdirilməsi deməkdir. Siz bu ənənələrin yaşadılmasının, xalqımızın rifahı naminə təmənnasız işlərin bilavasitə iştirakçılarısınız. Məhz sizin kimi gənclərin sayəsində bu gün könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib”, - deyə Heydər Əliyev Fondunun prezidenti qeyd edib. Məktubda RİİB təmsilçilərinin 44 günlük Vətən müharibəsi günlərində də cəbhəyə dəstək olaraq əsl vətəndaşlıq və vətənpərvərlik nümunəsi göstərdikləri vurğulanır, RİİB könüllüləri arasında da şəhidlərimizin olduğu təəssüflə qeyd edilir, Vətən uğrunda canından keçməyə hazır olan qəhrəman övlad yetişdirmiş analara minnətdarlıq bildirilir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın RİİB əməkdaşlarına və könüllülərinə məktubunda, həmçinin qeyd olunur: “Bu gün ərazi bütövlüyü bərpa olunmuş ölkəmizin hər bir guşəsində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə quruculuq işləri aparılmaqdadır. Əminəm ki, “Regional İnkişaf” İctimai Birliyi xalqa və dövlətə xidmət kimi dəyərlərə sadiq qalaraq, Azərbaycanın tərəqqisi naminə aparılan işlərə öz töhfəsini vermək üçün bundan sonra da böyük əzmlə çalışacaqdır. Qarşımıza yeni ideya və planlar çıxdıqca məqsədlərimiz xaraktercə dəyişsə də, əsas amalımız - Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalacaqdır”.
Toplantıda çıxış edən Anar Ələkbərov “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırıqları ilə 5 il ərzində ölkə üzrə bir sıra layihələrin uğurla icra olunduğunu, gələcəkdə RİİB qarşısında mühüm vəzifələrin dayandığını qeyd edib. İctimai Birliyin ötən müddət ərzində əsas vəzifələrdən biri - vətəndaşlarla dövlət qurumları arasında əlaqələrin qurulması istiqamətində uğurlu mexanizmin yaradılmasına müvəffəq olduğu bildirilib.
“Regional İnkişaf” İctimai Birliyi könüllülərinin müasir dövrün “xüsusi təyinatlıları” kimi pandemiya zamanı, eləcə də Vətən müharibəsi günlərində fəaliyyətinin, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlığının əhəmiyyəti vurğulanıb.
“Regional İnkişaf” İctimai Birliyinin könüllüləri Ruslan Ələsgərov və Günay Məmmədova RİİB-in həyata keçirdiyi layihə və aksiyalardan, müxtəlif sahələr üzrə icra olunan könüllülük proqramlarından danışıblar.
Toplantıda RİİB əməkdaşları və könüllüləri adından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ünvanlanıb. Müraciətdə “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri və könüllüləri adından böyük Zəfər, doğma Qarabağımızın işğaldan azad edilməsi münasibətilə təbriklər çatdırılır, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazan qəhrəman Azərbaycan Ordusuna minnətdarlıq, şəhidlərimizin ruhlarına ehtiram hissləri ifadə edilir. Heydər Əliyev Fondunun prinsiplərini rəhbər tutan “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri və könüllüləri bundan sonrakı fəaliyyətlərində də humanizm, mərhəmət, vətənpərvərlik, xalqa və dövlətə xidmət kimi dəyərlərə sadiq qalaraq ölkəmizin tərəqqisi naminə çalışacaqlarını bildiriblər.
Daha sonra Vətən müharibəsində iştirak edən və İctimai Birliyin fəaliyyətində xüsusi fəallığı ilə fərqlənən RİİB könüllülərinə təşəkkürnamələr və hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14

