Ankarada Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
07.12.2024 [09:41]
Dekabrın 6-da 21-ci Ankara Kitab Sərgisi çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, CSO Ankara mərkəzində keçirilən tədbirin iştirakçıları müasir Azərbaycan dövlətçiliyinin memarının, həmçinin Azərbaycan uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib ki, bütün dünya azərbaycanlıları dahi dövlət xadimini xatırlayır və onun xatirəsini ehtiramla yad edirlər. Diplomatik nümayəndəliyin rəhbəri Heydər Əliyevin bütün həyatını öz xalqının firavanlığına və inkişafına həsr etdiyini vurğulayıb.
“Görkəmli siyasətçi və ictimai xadim respublikanın ən ağır dönəmində Azərbaycanın sükanı arxasına keçərək, özünü əsl Ümummilli Lider kimi göstərdi. Heydər Əliyev ölkədə siyasi, iqtisadi və maliyyə sabitliyini təmin etdi, genişmiqyaslı islahatlar apardı, investisiyalar cəlb etdi, Azərbaycan iqtisadiyyatına təkan verdi”, - deyə səfir bildirib.
Diplomat Heydər Əliyevin qardaş Türkiyə ilə əlaqələrin möhkəmlənməsində xidmətlərini də qeyd edib.
Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç bildirdi ki, Heydər Əliyevin davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, balanslaşdırılmış və uğurlu siyasəti sayəsində xalqımızın Ümummilli Liderinin ən əziz arzusu gerçəkləşdi - Azərbaycanın tarixi torpaqları işğaldan azad edildi. “Sevindirici haldır ki, artıq dörd ildir Azərbaycan Respublikasının işğaldan azad edilmiş bütün ərazilərində Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir”, deyə H.Kılıç vurğulayıb.
Keçmiş səfir Heydər Əliyevin Türk dünyasında inteqrasiya proseslərinə verdiyi töhfəni də xatırladıb və Türk Dövlətləri Təşkilatının yaradılması istiqamətində atılan ilk addımların Azərbaycan xalqının Ümummilli Liderinin adı ilə bağlı olduğunu vurğulayıb.
Tədbirdə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsində Heydər Əliyevin rolu vurğulanıb, dahi siyasətçinin ölkəmizin nüfuzunun genişlənməsində xidmətləri qeyd edilib.
Tədbir iştirakçıları Ulu Öndərə həsr olunmuş kitablardan ibarət stendə nəzər salıblar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36
Dünya
25 May 23:31

