Astana Şanxay Əməkdaşlıq Təşkilatının Sammitinə hazırlaşır
02.07.2024 [13:31]
İyulun 3-4-də Qazaxıstanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının Zirvə Görüşünə hazırlıqlar davam edir.
AZƏRTAC xəbər verir ki, Sammit “ŞƏT+” formatında keçiriləcək.
Toplantıda 16 ölkənin dövlət və hökumət başçıları iştirak edəcəklər.
Sammitə Avrasiya qitəsinin müxtəlif bölgələrindən nümayəndə heyətlərinin qatılması da gözlənilir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ŞƏT-in Zirvə Görüşünün Astanada keçirilməsinin ölkəsinin dünya arenasında böyük nüfuzundan xəbər verdiyini bildirib.
"Sammit iştirakçıları dünya birliyini yeni təhlükəsizlik paradiqmasını qəbul etməyə, ədalətli iqtisadi mühit yaratmağa və planetin təmizliyinin qorunması üçün səy göstərməyə çağıracaqlar” - deyə Kasım-Jomart Tokayev vurğulayıb.
Qeyd edək ki, Astana Sammiti "Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq” mövzusuna həsr olunacaq.
Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzuları müzakirə edəcəklər.
Bundan əlavə, Sammitdə Belarusun Şanxay Əməkdaşlıq Təşkilatına qoşulması barədə qərar qəbul ediləcək.
Əsas siyasi sənəd olan Astana Bəyannaməsi ŞƏT-in bir çox aktual məsələlərlə bağlı mövqeyini ortaya qoyacaq, təşkilatın fəaliyyətini qiymətləndirəcək və gələcək üçün istiqamətləri müəyyənləşdirəcək.
Tədbirin keçirilməsi ilə əlaqədar ictimai nəqliyyatda, küçələrdə və insanların kütləvi toplaşdıqıarı yerlərdə təhlükəsizlik tədbirləri gücləndirilib, şəhərə giriş və çıxışda polis postları qurulub. Sammit zamanı şəhərin havadan təhlükəsizliyini təmin edəcək hərbi təyyarələr yoxlama uçuşları həyata keçirir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30

