Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?
23.05.2024 [11:00]
Adətən havaların yağışlı keçməsinin yaz əkini üçün faydalı olduğunu deyirlər. Yaz əkini bitkilərinin yaxşı inkişaf etməsi üçün yağıntı vacibdir. Torpağın müəyyən hissəsi nəmlənməlidir ki, bitkilər normal şəkildə inkişaf etsin.
Məlumdur ki, son günlər Bakıda və bölgələrdə may ayı üçün mövsümə uyğun olmayan hava şəraiti müşahidə edilir. Belə ki, may ayının ötən müddəti ərzində ölkədə yağışlı günlərin sayı normadan çox olub. Qeyri-sabit hava şəraitinin kənd təsərrüfatına ciddi ziyan vurduğu bildirilir. Yağışların yaz əkini üçün faydalı olmasına baxmayaraq, taxılın çiçək dövrü hesab olunduğu üçün havanın yağıntılı keçməsi məhsuldarlığa mənfi təsir edə bilər.
Qeyd edək ki, yağıntılı hava şəraiti aprel ayından başlamışdı. May ayının əksər günlərində isə bütün ölkə ərazisində yağıntılı hava müşahidə edildi. Yağışın həddindən artıq çox olması təsərrüfatla məşğul olanların narahatlığına səbəb olub. Belə ki, bəzi mütəxəssislər yağışın kənd təsərrüfatına mənfi təsir edəcəyini bildirir.
Maraqlıdır, yaz yağıntısı özü ilə bərəkət gətirəcək, yoxsa təsərrüfatlara ziyan vuracaq?
Çiçək dövründə yağışlar yağırsa...
Sualımızı cavablandıran kənd təsərrüfatı üzrə ekspert Azər İbrahimli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, havaların yağıntılı keçməsi bəzi bitkilər üçün müsbət, bəzi bitkilər üçün isə mənfi təsir göstərir: “Misal üçün, indi taxılın çiçək dövrü hesab olunur və bu mənada, havanın yağıntılı keçməsi ona mənfi təsir edir. Çünki çiçək dövründə yağışlar yağırsa, bu, mayalanmaya imkan vermir. Bu da məhsuldarlığın aşağı düşməsinə səbəb ola bilir”.
Yazlıq bitkilər üçün müsbətdir...
Ekspert qeyd edib ki, indi həm də yaz əkini dönəmidir və pambıq, günəbaxan, qarğıdalı kimi bitkilər əkilib: “Bu kimi bitkilər üçün isə yağış yağması müsbətdir. Çünki yaz əkini bitkilərinin yaxşı inkişaf etməsi üçün yağıntı vacibdir və bu, ilkin başlanğıc dövrüdür. Yəni məhsuldarlığın yuxarı olması üçün yağışın bol olması yaxşıdır. Torpağın müəyyən hissəsi nəmlənməlidir ki, bitkilər normal şəkildə inkişaf etsin. Bu baxımdan məhz belə yazlıq bitkilər üçün yağışların yağması müsbətdir, lakin taxılın məhsuldarlığına mənfi təsir edəcək”.
Meyvələrə elə bir təsiri yoxdur...
Meyvə ağaclarına belə yağışların təsiri ilə bağlı danışan mütəxəssis vurğulayıb ki, ağacların çiçək dövrü artıq bitib: “Hesab edirəm ki, bu dövrdən sonra yağışın olmasının bağ məhsullarına, meyvəçiliyə elə bir təsiri yoxdur. Fikrimcə, indiki vəziyyətdə daha diqqətçəkən məqam taxılla bağlıdır. Taxılın ərzaq təhlükəsizliyində yeri başqadır və dünyada baş verənlərin fonunda bu məsələ daha da aktuallaşır”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSiyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32

