Laçının tarixinin yeni mərhələsi başlayıb
01.12.2023 [12:55]
İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri
1988-ci ildən başlayan hadisələrin həm görünən, həm də görünməyən tərəflərini analiz etdikdə, geostrateji mövqeyinə baxmayaraq Laçının işğalının qarşısını almaq mümkünsüz idi. Çünki erməniləri kilsə və dünya erməni diaspora təşkilatları səfərbər etdikləri halda Azərbaycanda birləşdirici və səfərbəredici milli-ictimai qüvvə çox zəif idi. Hadisələr başlayanda isə nə hakimiyyət, nə siyasi qüvvələr, nə də ziyalılar xalqı səfərbər etmək gücündə olmadı.
Beləliklə, Laçın rayonunun işğal olunması nəticəsində rayonda dövlət və xüsusi mülkiyyətə ciddi zərər yetirildi. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edildi. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı. VI-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edildi. Laçının 74 min nəfərdən çox sakini isə 30 ilə yaxındır ki, respublikanın 59 şəhər və rayonunda məcburi köçkün həyatı yaşayır.
2020-ci ilin 27 sentyabrından başlayaraq 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ordumuzun ermənilərə qarşı əks hücumu zamanı Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini, məğlubedilməzlik miflərini cəsarətlə yarıb keçən əsgər və zabitlərimizin qəhrəmanlığı, şəhidlərimizin qanı və canı bahasına torpaqlarımız işğaldan azad edildi. Tariximizə ən şərəfli səhifə kimi düşən bu Zəfərlə Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoyaraq, bir güllə atmadan, bir şəhid vermədən Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etdi.
44 günlük Vətən müharibəsində Laçın rayonunun bir neçə yaşayış məntəqəsi Azərbaycanın müzəffər ordusu tərəfindən düşmən tapdağından azad edildi, rayon mərkəzi daxil olmaqla bəzi kəndləri isə 10 noyabr müqaviləsinə əsasən erməni silahlıları tərk etdilər. Bu 44 günlük Vətən müharibəsinin məntiqi nəticəsi idi.
Dəmir yumruğun və güclü siyasi iradənin nəticəsində Laçın düyünü çözüldü, onu yağmalamaq istəyənlərin xəbis niyyəti boşa çıxdı. Otuz ilə yaxın boş və mənasız danışıqlarla baş qatan, erməni işğalını dondurmağa çalışan, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşmasına göz yuman həmsədr dövlətlərin ikili siyasətinə son qoyan Azərbaycan beynəlxalq qanunları və tarixi ədaləti öz gücünə bərpa etdi. Artıq Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçının tarixinin və taleyinin yeni mərhələsi başlayıb, dağlar diyarında ən mühüm infrastruktur layihələr icra olunur, laçınlıların doğma yurda təhlükəsiz qayıdışı üçün dövlət tərəfindən hər cür şərait yaradılır, artıq onlarla ailə 1900 nəfərə yaxın laçınlı öz yeni və müasir evlərinə köçüb. Qısa müddət ərzində Laçın şəhərində 1400-ə yaxın, Zabuxda isə 500-ə yaxın laçınlı evlə təmin olunub. Aparılan məqsədyönlü siyasət nəticəsində Laçın dünyanın ən modern şəhərinə çevrilir, inanırıq ki, çox keçməyəcək bu şəhər turizm məkanı kimi tanınacaq.
Xəbər lenti
Hamısına baxAnalitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33

