Ağdamda Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib
27.02.2023 [10:07]
Ağdam rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Allahverən Əliyev, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, YAP fəalları , rayon hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
İlk öncə tədbir iştirakçıları Ağdam rayonunda Şəhidlərin xatirəsinə ucaldılmış Abidə Kompileksini və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Ağdam rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə öncə Ümümmilli lider Heydər Əliyevin, Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün qorunması uğrunda, həmçinin Xocalı soyqırımı günü şəhid olmuş soydaşlarımızın və qardaş Türkiyə Respublikasında baş vermiş təbii fəlakət nəticəsində həyatını itirmiş insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev giriş nitqi ilə çıxış edərək bildirdi ki, 1988-ci ildən erməni separatçıları tərəfindən xalqımıza qarşı başladılan silsilə terror proseslərinin ən dəhşətli və qorxulu pik həddi 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə törədilmiş Xocalı qətliamı oldu. Bu gün ürək ağrısı ilə 31-ci ildönümünü qeyd etdiyimiz Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Xocalının zəbt olunması üzrə həyata keçirilmiş əməliyyat zamanı şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədilmişdir. Xocalı faciəsi ermənilərin türk xalqına qarşı amansızlığı və insanlığa qarşı cinayəti idi.
Ağdam rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini Allahverən Əliyev çıxışında qeyd etdi ki, tarixi qan yaddaşımız olan Xocalı faciaəsinin qisası döyüş meydanında alındı. O bildirdi ki, 44 günlük şanlı Vətən Müharibəsində xalqımız Ali Baş Komandanımız, ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək, öz lideri ilə həmrəylik nümayiş etdirdi. Məhz bu həmrəyliyin nəticəsində Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan tarixi Zəfərə imza atdı. Allahverən Əliyev bildirdi ki, erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncə verilib. Xocalı unudulmayan qan yaddaşımızdır!
Tədbirdə çıxış edən Seyid Lazım Ağa ocağının axundu Seyid Miryusif Ağa, Ağdan rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılov, Ailə, Qadın və Uşaqların Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Yaqut Qəhrəmanova, Xocalı rayon sakini Nadir Rəcəbov öz çıxışlarında bildirdilər ki, Xocalı faciəsinə siyasi-hüquqi qiymətin verilməsi məhz Ulu öndər Heydər Əliyevin sayəsində mümkün olmuşdur. Bu gün ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi əziz tutulur, hər il soyqırımla bağlı Azərbaycanla yanaşı, dünyanın ayrı-ayrı ölkələrində çoxsaylı konfranslar, sərgilər, yürüşlər və anım tədbirləri düzənlənir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30

