İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir
24.09.2022 [12:35]
Zaman hadisələrə düzgün dəyər vermək, mahiyyətini dərindən dərk etmək üçün zəngin mənbədir. 44 günlük İkinci Qarabağ müharibəsində 30 ilin işğalına, torpaq həsrətimizə son qoyulduğunu, ərazi bütövlüyümüzün təmin edildiyini böyük qürur hissi ilə qeyd edirik. Son iki ildə tarixi Zəfərimizin yaratdığı reallıqları dünyaya qəbul etdirmək istiqamətində atılan addımlar da öz uğurlu nəticələrini verir. Azərbaycanın müəllifi olduğu sülh gündəliyi beynəlxalq səviyyədə dəstəklənir, əksər dünya gücləri regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına öz dəstəklərini göstərəcəklərini bldirirlər. Azərbaycanın şanlı Qələbəsini şərtləndirən amillər məlumdur. Tarixi Zəfərimizin əsasında siyasi, iqtisadi, hərbi, xarici siyasət sahəsində uğurlar, torpaq, Vətən sevgisi dayanır. Ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin təmin olunması istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkir. Azərbaycan iqtisadi möcüzələr ölkəsi kimi tanındı, beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirdi, münaqişənin həlli üçünmöhkəm hüquqi baza formalaşdırdı. 1993-cü ildə qəbul olunan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin ərazilərimizdən qeyd-şərtsiz çıxmaları öz əksini tapsada dünyanın ikili standartlara əsaslanan siyasəti nəticəsində buqətnamələr 30 il icrasını gözlədi. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək üçün yaradılan ATƏT-in Minsk qrupununhəmsədrləri işğalçını adı ilə çağırmaq istəmədilər, amma münaqişənin tezliklə ədalətli həllindən bəhs etdilər. Minsk qrupu həmsədrlərinin regiona nəticəsiz səfərləri Azərbaycan dövlətində, xalqında onlara qarşı inamı itirdi. Bu reallıq postmünaqişə dövründə də dövlət başçısı İlhamƏliyevin çıxışlarının əsasında dayanır ki, Ermənistana zamanında sanksiyalar tətbiq edilsəydi, müharibə yaşanmazdı. 2019-cu ildə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyan edən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bunu bir il sonra döyüş meydanında təsdiqlədi. Bu bəyanat 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrildi. Qeyd etdiyimiz kimi, 30 ilə yaxın dövrdə Azərbaycan səbir, sülh danışıqlarına sadiqlik nümayiş etdirməklə yanaşı, ən yüksək tribunalardan bəyan etdi ki, biz danışıqları imitasiya naminə aparmaq istəmirik. Sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yolunun seçiləcəyi qaçılmazdır. 2020-ci il 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin növbəti təxribatları dövlətimizin, xalqımızın səbir kasasını doldurdu, Müzəffər Ali BaşKomandan “Hücum!” əmrini verdi. 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yeni tarix yazdı. Yazılan tarix sübut etdi ki, başqasının torpaqlarında gözü olmaq beynəlxalq hüququn norma və prinsiplərinə ziddir, gec-tez ədalət zəfər çalır. Saxta tarix yazanermənilərin yaratdıqları “mif”lər də özünətəsəllidən başqa bir şeydeyildi. Azərbaycan Silahlı Qüvvələri bu mifləri dağıtdı, Ermənistan ordusunun nə qədər zəif oluğunu sübut etdi. Hansı ki, ermənilərin və erməni diasporunun apardığı təbliğata uyğun olaraq orduları dünyanın ən güclü orduları “sırasındadır”. Prezident İlham Əliyevin hər bir çıxışında, işğaldan azad edilmiş ərazilərimizə ardıcıl səfərlərinin hər birində tarixi Zəfərimizdən geniş bəhs olunur, ermənilərin əsl simaları, Azərbaycan xalqının bu illər ərzində necə vəhşi ilə üz-üzə dayandığı əsaslı şəkildə dünya ictimaiyyətinə çatdırılır. İkinci Qarabağmüharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. Müzəffər Ali Baş Komandansahibinə qovuşmuş torpaqlarımıza səfər edərkən bəyan edir ki, bundansonra bu torpaqlarda əbədi qalacağıq. Azərbaycan Bayrağı Qarabağdavə Şərqi Zəngəzurda daim dalğalanacaq. Hazırda bu torpaqlardagenişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Böyük Qayıdışın ilk addımı atılıb. Dövlət başçısı İlham Əliyevin tapşırıqlarına uyğunolaraq bu ərazilərdə soydaşlarımızın rahat yaşayışı üçün hər cür şərait yaradılır. Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir.
Nihad Pənahov
Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxAnalitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33

