YAP Səbail rayon təşkilatı rayon şurasının və idarə heyətinin iclası keçirilib
16.01.2020 [09:44]
Yanvarın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının rayon şurasının və idarə heyətinin geniş tərkibdə iclası keçirilib. İclasda ötən il YAP Səbail rayon təşkilatı tərəfindən görülən işlər müzakirə olunub və 2020-ci il üçün iş planı təsdiqlənib.
İclasda çıxış edən YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev gündəlikdə duran məsələlər haqqında məlumat verib.
2019-cu ilin ölkəmiz üçün uğurlu olduğunu diqqətə çatdıran Ş.Hacıyev ötən ilin Azərbaycan xalqının tarixinə islahatlar ili kimi yazıldığını bildirib. O, Prezident İlham Əliyevin ilin yekunları ilə bağlı müşavirədə çıxışına toxunaraq deyib: “Azərbaycan müstəqil siyasət yürütməklə dayanıqlı inkişaf yolunda inamla irəliləyir. Ötən il ölkəmiz üçün çox uğurlu olub. Sosial layihə çərçivəsində insanların rifah halı yaxşılaşıb. Eyni zamanda dərin, köklü islahatlar həyata keçirilib”.
Qeyd edib ki, ölkəmizdə yenilənmə, gəncləşmə prosesi hər bir vətəndaşın ürəyincədir və xalqımız tərəfindən dəstəklənir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan olunması dövlətin gənclər siyasətinin parlaq təzahürüdür.
Ötən ilin Yeni Azərbaycan Partiyası üçün də uğurlu olduğunu deyən Ş.Hacıyev bildirib ki, YAP Səbail rayon təşkilatının sıraları daha da genişlənib və partiyanın yeni üzvləri arasında gənclər, qadınlar üstünlük təşkil edir.
Ötən ilin yekunları ilə bağlı iclasda həmçinin fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar YAP Səbail rayon təşkilatında təbliğat-təşviqat kampaniyasının aparılması, seçicilərlə görüşlər, qərargahın fəaliyyəti ilə bağlı müzakirə aparılıb, 20 Yanvar faciəsinin ildönümünə hazırlıqlar barədə məlumat verilib.
Sonra Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar tədbirlər planı müzakirə edilərək təsdiq olunub.
Daha sonra YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının, Gənclər Birliyinin, Nəzarət-təftiş komissiyasının 2020-ci il üçün iş planları təsdiq edilib.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

