Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
27.09.2026 [10:46]
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar bəyanat yayıb.
AZƏRTAC bəyanatı təqdim edir:
“2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsindən altı il ötür. Həmin gün Azərbaycan xalqının tarixində mühüm dönüş nöqtəsi olmaqla yanaşı, münaqişənin doğurduğu ağır humanitar nəticələrin aradan qaldırılması, insan itkilərinə səbəb olmuş müharibə cinayətlərini törətmiş şəxslərin ədalət mühakiməsi qarşısına çıxarılması və uzun illər ərzində pozulmuş hüquqların bərpası baxımından xüsusi əhəmiyyət daşıyır.
Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün, habelə uzun illər doğma torpaqlarından didərgin düşmüş insanların pozulmuş fundamental hüquqlarının bərpası istiqamətində yeni mərhələ başlanmışdır.
Müharibə dövründə mülki əhalinin həyat və sağlamlığına zərər dəyməsi, yaşayış məntəqələrinin və sosial infrastrukturun dağıdılması ciddi humanitar nəticələr doğurmuşdur. Bu hadisələr bir daha göstərir ki, silahlı münaqişələrin ən ağır yükünü məhz dinc əhali daşıyır və mülki əhalinin beynəlxalq humanitar hüquqa uyğun müdafiəsi, habelə yaşamaq hüququnun təmin edilməsi daim diqqətdə saxlanılmalıdır.
Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin, xüsusilə də Gəncə, Bərdə, Naftalan, Tərtər və digər şəhər və rayonların ağır artilleriya və beynəlxalq hüquqla qadağan edilmiş uzaqmənzilli raket sistemlərindən atəşə tutulması mülki şəxslər arasında insan tələfatı və xəsarətlərlə nəticələnmiş, yaşayış evlərinə, sosial, təhsil, səhiyyə, dini və digər mülki obyektlərə ciddi ziyan dəymişdir. Azərbaycan ombudsmanının həmin dövrdə həyata keçirdiyi faktaraşdırıcı missiyalar nəticəsində hazırlanmış hesabatlarda bu faktlar sənədləşdirilmişdir.
Mülki əhali və obyektlərin hədəfə alınması ilə bağlı beynəlxalq hüququn tələblərinin pozulmasına dair faktların obyektiv və hərtərəfli araşdırılması, təqsirli şəxslərin müəyyən edilərək milli qanunvericilik və beynəlxalq hüquq normalarına uyğun məsuliyyətə cəlb olunması mühüm əhəmiyyət daşıyır. Bu kimi halları törədənlərin cəzasız qalmasının qarşısının alınması insan hüquqlarının müdafiəsi və gələcəkdə analoji halların təkrarlanmaması baxımından vacibdir.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) olaraq hesab edirəm ki, müharibə və münaqişə nəticəsində pozulmuş insan hüquqlarının bərpası, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, mina və partlamamış hərbi sursatlarla çirklənmiş ərazilərin təmizlənməsi, habelə keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin olunması postmünaqişə dövrünün əsas humanitar prioritetlərindəndir.
Bu baxımdan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi, insanların öz doğma yurdlarına qayıdışı və onların bütün fundamental hüquqlarının etibarlı təmin edilməsi sülhün və dayanıqlı inkişafın möhkəmləndirilməsinə mühüm töhfə verir.
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh gündəliyinin irəliləməsi və sülh sazişinin yekunlaşdırılması istiqamətində əldə olunan mühüm nəticələr bütövlükdə regionun gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu proses dayanıqlı və uzunmüddətli sülhün, sabitliyin, təhlükəsizliyin və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi üçün yeni imkanlar yaradır.
Bu baxımdan əldə olunmuş sülh imkanlarının qorunması və davamlı sülhə çevrilməsi beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin, dövlətlərin, milli insan hüquqları təsisatlarının və vətəndaş cəmiyyətinin üzərinə mühüm məsuliyyət qoyur.
27 sentyabr tarixi təkcə uzun illər ərzində respublikamıza və xalqımıza qarşı aparılan təcavüz, işğal və təxribat siyasətinə son qoyan genişmiqyaslı əks-hücum əməliyyatlarının başlandığı gün deyil, həmçinin dövlətimizin, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qələbə qazanan ordumuzun, ən çətin günlərdə belə əsl vətənpərvərlik nümunəsi olan xalqımızın qüdrətini göstərən gün kimi yaddaşlara yazıldı.
Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalmış soydaşlarımızın əziz xatirəsini ehtiramla yad edərək, onların ailələrinə səbir diləyir, müharibə iştirakçılarına və müharibədən zərər çəkmiş bütün insanlara sağlam və firavan gələcək arzu edirəm.
İnanıram ki, şəhidlərimizin xatirəsinə ən böyük ehtiram gələcək nəsillərin müharibə və zorakılıqdan uzaq, sülh, təhlükəsizlik və rifah şəraitində yaşamasına nail olmaqdır. Ağır və şərəfli xatirələrlə tariximizə yazılan Anım Günündən sonra bizə qalan mənəvi irs və yaddaşın ölkəmizə və xalqımıza əmin-amanlıq, regionumuza möhkəm və davamlı sülh, müharibəsiz və təhlükəsiz həyat, mütərəqqi inkişaf gətirməsini arzulayıram”.
Xəbər lenti
Hamısına baxDünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45
Sosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27

