Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / “Volkswagen” 2 milyondan çox avtomobili geri çağırır

“Volkswagen” 2 milyondan çox avtomobili geri çağırır

25.09.2026 [21:33]

“Volkswagen” dünya üzrə 2 milyon 159 min 54 avtomobili geri çağırmağı planlaşdırır.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, çağırılan avtomobillərin 895 min 832-si Almaniyadadır. Geriçağırılma 2013-cü ilin sentyabrından 2024-cü ilin iyulunadək istehsal edilmiş “Golf”, “Golf Variant”, “Tiguan”, “Touran” və “Caddy” modellərini əhatə edir.

Problem sükan mexanizminin bərkidilməsində istifadə olunan vintin korroziyaya uğraması ilə bağlıdır. Rütubətin daxil olması nəticəsində vint illər ərzində paslana və ekstremal halda qırıla bilər. Bu zaman sükan mexanizminin bərkidilməsi zəifləyə, ən ağır halda isə avtomobili idarə etmək mümkün olmaya bilər.

Təmir avtomobil sahibləri üçün ödənişsiz olacaq. Nasazlığın aradan qaldırılması zamanı köhnə vintlər korroziyaya daha davamlı analoqları ilə əvəz ediləcək. İndiyədək problemdən qaynaqlanan qəza və xəsarət barədə məlumat verilməyib.

Paylaş:
Baxılıb: 185 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30