Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ Bağdad hava limanındakı diplomatik və loqistik mərkəzi İraqa təhvil verəcək

ABŞ Bağdad hava limanındakı diplomatik və loqistik mərkəzi İraqa təhvil verəcək

25.09.2026 [20:17]

ABŞ Bağdad Beynəlxalq Hava Limanında yerləşən diplomatik və logistik dəstək mərkəzini İraq hökumətinə təhvil verəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin bəyanatında qeyd olunub ki, cümə axşamı İraq Xarici İşlər Nazirinin ikitərəfli əlaqələr üzrə müavini və ABŞ-nin İraqdakı müvəqqəti işlər vəkili Bağdad Beynəlxalq Hava Limanında ABŞ səfirliyinin diplomatik dəstək obyektinin İraq hökumətinə təhvil verilməsi ilə bağlı saziş imzalayıblar.

Vurğulanıb ki, bu addım İraq hökumətinin beynəlxalq koalisiyanın missiyasının və ölkədə xarici hərbi mövcudluğun sona çatması prosedurları çərçivəsində atılıb. Prosesin 2026-cı il sentyabrın 30-dək müəyyən edilmiş qrafikə uyğun tamamlanması nəzərdə tutulur.

Məlumata görə, Yaxın Şərqdə müharibə dövründə silahlı qruplaşmalar ABŞ-nin İraqdakı mövqelərinə 600-dən çox hücum həyata keçiriblər. Hədəflər arasında Bağdad hava limanındakı obyekt də olub.

İraqın təhlükəsizlik rəsmisi və diplomatik mənbə bu ayın əvvəlində “France-Presse” agentliyinə ABŞ hərbçilərinin sözügedən obyekti tərk etdiyini bildirib.

Xatırladaq ki, Bağdad və Vaşinqton 2024-cü ildə 10 il əvvəl İŞİD-in İraqın şimalı və qərbində geniş ərazilərə nəzarəti ələ keçirməsindən sonra başlayan beynəlxalq koalisiyanın missiyasına son qoyulması barədə razılığa gəliblər.

Hazırda koalisiya qüvvələri yalnız İraq Kürdüstanının paytaxtı Ərbil şəhərində yerləşir.

İraq hakimiyyəti hesab edir ki, beynəlxalq koalisiyanın missiyasına son qoyulması silahlı qruplaşmaların tərksilah edilməmək üçün əsas gətirdikləri mühüm səbəblərdən birini aradan qaldırır.

Paylaş:
Baxılıb: 111 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30