İmişlidə 27 Sentyabr – Anım Günü dərin ehtiramla qeyd olunub
27.09.2026 [17:45]
İmişli rayonunda 27 Sentyabr – Anım Günü münasibətilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi ehtiramla yad edilib. İmişli Rayon İcra Hakimiyyətinin və YAP İmişli rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən mərasimdə şəhid ailələri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatlarının nümayəndələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə şəhidlərimizin məzarlarını və “Şəhidlər” abidəsini ziyarət edib, məzarları önünə gül dəstələri qoyaraq ehtiramlarını ifadə ediblər, şəhidlərin ruhuna dualar oxuyublar.
Daha sonra "Nərgizim" Sarayında şəhidlərin əziz xatirəsinə ehsan süfrəsi açılıb. Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev bildirib ki, Anım Günü Azərbaycan xalqının öz qəhrəman övladlarına ehtiramını ifadə etdiyi xüsusi gündür. O qeyd edib ki, 44 günlük Vətən müharibəsi xalqımızın həmrəyliyini və Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Şəhidlərin keçdiyi şərəfli yolun gələcək nəsillər üçün daim örnək olacağını vurğulayan icra başçısı onların adlarının Azərbaycan tarixində əbədi yaşayacağını bildirib.
YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev çıxışında qeyd edib ki, Anım Gününün mənası yalnız keçmişi xatırlamaqla məhdudlaşmır. Bu tarix həm də Azərbaycanın hansı böyük iradə və fədakarlıq hesabına bu günkü reallığa gəlib çatdığını dərk etmək üçün mühüm mənəvi gündür. Səfa Ağayev bildirib ki, Vətən müharibəsi Azərbaycan xalqının öz dövlətinin və ordusunun ətrafında necə sıx birləşə bildiyini göstərən tarixi hadisə kimi yadda qalıb. Onun sözlərinə görə, həmin günlərdə cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların eyni amal ətrafında birləşməsi milli həmrəyliyin ən aydın ifadələrindən biri olub.
Çıxış edən şəhid ataları - İsrail Əbilov və Nərbala Babaşov bildirib ki, övlad itkisini sözlə ifadə etmək mümkün olmasa da, şəhid ailələri üçün ən böyük təsəlli oğullarının Vətən qarşısında şərəfli bir iz qoymasıdır. Şəhid valideynləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və birinci vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Saat 12:00-da isə respublikanın bütün ərazisində olduğu kimi, İmişlidə də Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon ərazisində nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

