Deputat Ağalar Vəliyev şəhid ailələri ilə görüşdü, ehsan mərasimi təşkil olundu
26.09.2026 [12:44]
57 saylı Xaçmaz şəhər seçki dairəsindən Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə Xaçmaz rayonunda Vətən müharibəsi şəhidlərinin Anım Günü münasibətilə 550 nəfərlik ehsan mərasimi təşkil olunub.
Ehsan mərasimindən əvvəl Milli Məclisin deputatı Ağalar Vəliyev və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 2016 -cı ildə Aprel döyüşlərində şəhid olmuş 3, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qəhrəmancasına canından keçmiş 21 və antiterror əməliyyatında şəhidlik zirvəsinə yüksəlmiş 4 xaçmazlı hərbçinin ailələri ilə görüşüblər.
Səmimi və həssas atmosferdə keçən görüş zamanı şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu ehtiramla yad olunub, şəhid ailələrinin məişət qayğıları və problemləri dinlənilib. Görüş çərçivəsində Ağalar Vəliyev tərəfindən 28 şəhid ailəsinə maliyyə yardımı təqdim edilib.
Daha sonra Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, ağsaqqalların, din xadimlərinin, şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının iştirakı ilə 550 nəfərlik ehsan süfrəsi açılıb. Mərasimdə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, əziz ruhlarına dualar oxunub.
Tədbirdə çıxış edənlər vurğulayıblar ki, Azərbaycan bu gün cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş tarixi Qələbənin yaratdığı yeni reallıqlar fonunda öz inkişafının ən qüdrətli mərhələsini yaşayır. Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər, 2023-cü ildə bir günlük antiterror əməliyyatının uğurla başa çatması nəticəsində ölkəmizin dövlət suverenliyinin bütün ərazilərində tam bərpa olunması, işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyən edən əsas amillər kimi dəyərləndirilib.
Tədbirdə vurğulanıb ki, ölkəmizdə şəhid ailələrinin, qazilərin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Bu kateqoriyadan olan vətəndaşlar dövlət başçısının xüsusi diqqət və qayğısı ilə əhatə edilir, onların rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Ehsan mərasimində qeyd olunub ki, Ağalar Vəliyev Milli Məclisin deputatı kimi təmsil etdiyi 57 saylı Seçki Dairəsində yaşayan şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, qazilərə və müharibə iştirakçılarına daim həssas münasibət göstərir, onların problemlərinin həlli istiqamətində maddi və mənəvi dəstəyini əsirgəmir.
Bu istiqamətdə həyata keçirilən təşəbbüslərdən biri kimi, avqust ayında millət vəkilinin təşkilatçılığı ilə şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının, eləcə də rayonun ağsaqqal və ziyalılarının təmsil olunduğu 62 nəfər xaçmazlının iştirakı ilə Şuşa–Xankəndi–Laçın turu təşkil edilib. Səfər iştirakçıları iki gün ərzində Ağdam, Xocalı, Əsgəran, Şuşa, Xankəndi və Laçında olub, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olublar.
Tədbirin sonunda iştirakçılar şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə edib, Vətən uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın xatirəsinin hər zaman uca tutulacağını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32

