/ / YAP Bərdə rayon təşkilatı partiyanın yaradılmasının 27-ci ildönümünü YAP-ın ilk üzvləri və Qarabağ müharibəsi əlilləri ilə birgə qeyd edib
YAP Bərdə rayon təşkilatı partiyanın yaradılmasının 27-ci ildönümünü YAP-ın ilk üzvləri və Qarabağ müharibəsi əlilləri ilə birgə qeyd edib
22.11.2019 [09:56]
Yeni Azərbaycan Partiyasının (YAP) Bərdə rayon təşkilatı partiyanın yaradılmasının 27-ci ildönümünü Yeni Azərbaycan Partiyasının ilk üzvləri və Qarabağ müharibəsi əlilləri ilə birgə qeyd edib.
Görüşdən əvvəl YAP Bərdə rayon təşkilatının İdarə Heyəti və Şura üzvləri, bir qrup partiya fəalı Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüblər. Sonra YAP Bərdə rayon təşkilatı İdarə Heyətinin üzvləri və bir qrup partiya fəalı Qarabağ döyüşlərində bir əlini və bir ayağını itirmiş birinci qrup əlil, 1993-cü ildən YAP üzvü Şakir Qurbanov, Qarabağ döyüşlərində bir ayağını itirmiş və başından zədə almış birinci qrup əlil Novruz Əhmədov, Yeni Azərbaycan Partiyasının ilk üzvlərindən biri, Qarabağ müharibəsi əlili Rəşid Musayevlə görüşüblər.
Görüşdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya onları Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə təbrik edib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölməz ideyaları ilə silahlanmış Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycan dövlətinin qurulmasında və möhkəmləndirilməsində rolundan və xidmətlərindən danışıb, möhtəşəm qələbələrə, zəfərlərə imza atmasında partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğulayıb.
Qeyd olunub ki, Qarabağ qazilərinə olan diqqət və qayğı bu gün dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Çünki dövlətimizin möhkəmliyi həm də bu vətən uğrunda döyüşmüş, canlarından və qanlarından keçmiş, əlil olmuş vətən oğullarının döyüş yolundan keçir.
Görüşdə Qarabağ müharibəsi əlilləri və partiyanın ilk üzvləri öz döyüş xatirələrini bölüşüb və göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, YAP Bərdə rayon təşkilatı tərəfindən onların hər birinə maddi yardım göstərilib.
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15

