YAP Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradılıb
23.10.2019 [09:28]
Bu gün internet adlanan qlobal şəbəkədə mövcud olan axtarış sistemləri hər birimizin köməyinə gəlir. “Google”da məlumat axtararkən ilk növbədə Vikipediya (ing. Wikipedia) səhifəsinə baxırıq. Qısa zaman ərzində lazım olan informasiyaları əldə edə bilirik. Bəzən isə istədiyimiz məlumatın Azərbaycan dilində olmadığını görəndə təəssüf hissi keçiririk.
Bu sözlər Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin təşəbbüsü ilə YAP Gəncə şəhər təşkilatında yaradılan “Vikipediya” Metodik Mərkəzinin açılış mərasimində səsləndirilib.
Tədbirdə iştirak edən YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev mərkəzin yaradılmasında məqsədin Azərbaycanın incəsənəti, mədəniyyəti, tarixi şəxsiyyətləri, şəhərləri, rayonları, kəndləri və s. haqqında məlumatları zənginləşdirmək, fəal gəncləri bu işə cəlb etmək olduğunu qeyd edib.
Millət vəkili Vikipediyada qədim Gəncə ilə bağlı xəbərlərdə boşluq olduğunu diqqətə çatdırıb. Gənclərə virtual ensiklopediya adlandırılan Vikipediyanın yaratdığı imkanlardan yararlanmağı tövsiyə edən Naqif Həmzəyev Gəncə ilə bağlı Vikipediyada yerləşdirilən ilk 50 və 100 məqalənin müəlliflərinin təşkilat tərəfindən mükafata layiq görüləcəyini də bildirib.
Daha sonra “Vikipediya virtual ensiklopediya” adlı təlimə start verilib. Təlimçi Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi, Azərbaycanca “Vikipediya”nın idarəçisi Rüfət Rəhimov vikipediyadan istifadə qaydaları, qeydiyyatdan keçmə, məqalələrin yaradılması, adlandırılması, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi ilə bağlı ətraflı məlumat verib. Vikipediyada məqalələrin yazılmasının olduqca asan olduğunu bildirən Rüfət Rəhimov, eyni zamanda, gənclərə vikipediyanın 5 əsas prinsipini, mənfi təsirləri və onun qarşısının alınması yollarını da izah edib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19

