Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Sumqayıt şəhər təşkilatı bir qrup aztəminatlı ailənin birinci sinfə gedən övladlarına məktəbli ləvazimatları hədiyyə edib

YAP Sumqayıt şəhər təşkilatı bir qrup aztəminatlı ailənin birinci sinfə gedən övladlarına məktəbli ləvazimatları hədiyyə edib

18.09.2019 [09:50]

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı Bilik Günü münasibətilə “Birincilər” adlı tədbir keçirib. Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunan tədbirdə YAP Sumqayıt şəhər təşkilatı yeni tədris ili ərəfəsində Sumqayıtda yaşayan bir qrup aztəminatlı ailənin birinci sinfə gedən övladlarına məktəbli ləvazimatları hədiyyə edib.
Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov birincilərə uğurlar arzulayıb. Daha sonra birincilərə məktəbli ləvazimatları ilə dolu məktəbli çantası hədiyyə edilib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul işçisi Gündüz Əliyev də birinciləri yeni tədris ili münasibətilə təbrik edib və Sumqayıt şəhər İcra Hakimiyyəti adından onlara uğurlar diləyib.

Paylaş:
Baxılıb: 1019 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30