Ölkəmizin inkişafı və xalqımızın rifahı üçün səs verək!
28.03.2018 [10:36]
Yeni Azərbaycan Partiyasının (YAP) Pirallahı rayon təşkilatı aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində rayon seçiciləri ilə görüş keçirilib.
Görüşdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr, apardığı islahatlar nəticəsində respublikanın bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da geniş abadlıq və quruculuq işləri görülüb. Sədr əlavə edib ki, Pirallahı rayonundan olan seçicilər aprelin 11-də keçiriləcək prezident seçkilərində birmənalı şəkildə cənab İlham Əliyevə səs verəcəklər.
Çıxış edən YAP Mərkəzi Seçki Qərargahının üzvü, Milli Məclisin deputatı Rauf Əliyev ölkəmizin son illərdə qazandığı iqtisadi nailiyyətlərdən danışaraq bildirib ki, Azərbaycan bütün sahələrdə böyük uğurlara imza atıb. Prezident-xalq birliyi, təbii ki, bütün uğurların əsasında dayanan əsas amillərdəndir. Xalq həyata keçirilən siyasətin gələcəyinə böyük inamla baxır. Görülən işlər Azərbaycanın uğurlu gələcəyindən soraq verir. Xalq 11 apreldə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə səs verməklə Azərbaycanın davamlı inkişafına səs verəcək.
Görüşdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahının və partiyanın Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanda bütün sahələrdə sürətli inkişaf getdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin bütün fəaliyyətini Azərbaycan xalqının xoşbəxt gələcəyinə həsr etdiyini vurğulayan V.Rəhimzadə bu dəfəki prezident seçkilərinin də demokratik, azad və ədalətli keçiriləcəyinə, xalqın bu prosesdə fəallıq nümayiş etdirərək layiqli namizədimiz cənab İlham Əliyevə səs verəcəyinə əminliyini ifadə edib.
Milli Məclisin deputatı Rüfət Quliyev çıxışında qeyd edib ki, cənab İlham Əliyev Ulu öndər Heydər Əliyev ideyalarının ən layiqli davamçısı olaraq daim ölkəmizin inkişafı və xalqımızın rifahı üçün çalışıb.
Görüşdə həmçinin Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü, Əməkdar neftçi Səməd Əhmədov, YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşı Günel Məmmədova çıxış edərək dövlətimizin daim gənclərə üstünlük verdiyini, onlara hər sahədə inkişaf etmələri üçün şərait yaratdığını bildiriblər. Natiqlər rayon gənclərini seçkilərdə fəal olmağa və xalqın alternativsiz liderinə səs verməyə çağırıblar.
Daha sonra tədbir tanınmış incəsənət xadimlərinin konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

